Loading...
Yeni sportkar qatili Nissan GTR!

Yeni sportkar qatili Nissan GTR!

Loading...
 
Fərdi tüninqdə Nissan GTR

Yapon sportkarı "Nissan GTR” yarandığı gündən adi idman avtomobili deyil, əsl superkar qatilidir. Buna baxmayaraq, tüninq şirkətlərinin onun satışdan sonra tənzimlənməsi üçün çoxlu sayda proqramları var. Məqalədə biz Amerikanın Kaliforniya ştatında yaşayan Devid Uyanın avtomobilindən danışacağıq.

Tamamlanmış avtomobilin obrazını dəqiq təsəvvür edərək Devid öz sportkarının xarici tüninqindən başladı. Qabaq dodağın və "Zele” yan ətəklərin, qabaqda ventilyasiya olunan qanadların, arxa bamperin aşağısında "Varis” əlavəsinin, "Difflow” aşağı diffuzorun və "Revozport”-dan spoyleri olan karbon baqajın daxil olduğu böyük asma sayəsində banın aerodinamik keyfiyyətlərini və eksteryerin eksklüzivliyini yaxşılaşdırmaq mümkün olub.

Bundan əlavə, tüninq olunmuş sportkar seriyalı modeldən karbon dam, yüngül arxa görünüş güzgüləri "CraftSquare”, "Titek Custom” karbon əlavələr və digər bəzək detalları ilə fərqlənir. "JRZ RS Pro” dəstinin köməyi ilə avtomobilin asılqanını aşağı salmaqla və idarəetməni yaxşılaşdırmaqla Devid adi təkərləri 20-düymlük "Cor Wheels” diskləri ilə əvəz etdi və onlara "Michelin PSS” şinləri "geyindirdi”.

Disklərin iki rəngdə boyanması, dekorativ boltlar və narıncı əyləc supportları parlaq-ağ bana effektli təzad yaradır. DBA 5000 disklərinin və "Endless Mx72” əyləc kolodkalarının köməyi ilə əyləc sistemi də yaxşılaşdırılıb. "Nissan GTR”-in salonunda idman oturacaqları "Recaro Pole Position”, "GT-RR” sürət qutusunun dəstəyi, karbon əlavələr və 10-düymlü sabvufer "JL Audio” quraşdırılıb.

3,8-litrlik tvin-turbonun məhsuldarlığını artırmaq üçün V6 mühərriki injektor və ikili yanacaq nasosu "SIR”, yeni silindrlər bloku başlığı, sifarişlə hazırlanmış buraxılış kollektoru, böyüdülmüş "GTC” boruları, "GotBoost”, "Top Secret”, "Switzer” və "Meisterschaft” sistemləri, o cümlədədn yeni elektron idarəetmə bloku ilə təchiz edilib. Sportkarın mühərriki 768 a.g. verir.
 
Yeni sportkar qatili Nissan GTR!Yeni sportkar qatili Nissan GTR!Yeni sportkar qatili Nissan GTR!Yeni sportkar qatili Nissan GTR!Yeni sportkar qatili Nissan GTR!Yeni sportkar qatili Nissan GTR!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Elen022

29 Mart 2014 00:30

eladiikiiiiii

İrmak

25 Mart 2014 02:29

Loru dildə desək kitayın ən uğurlu modeli.
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

gulumse

24 Mart 2014 15:42

ayyyyyyyyyyyyy kesqe menimde bele mashinim olsun eh

elcin.bedishov

23 Mart 2014 00:29

bele mawinim olsun 1milyon borcum olsun.

Jenny J

22 Mart 2014 23:14

Sitat: Night Wolf
Özüdə 2009-dan bəri sayta gəlmir.

sarcasti
--------------------
Wow man, this is weird on acid..



Night Wolf

22 Mart 2014 22:32

Sitat: Jenny J
News sen kimsen bele ne qeder xeberin var ?

Özüdə 2009-dan bəri sayta gəlmir. Yəqin xəbərləri qoyub gedib mocking birdəki dünən onluqda adın varıydısa bu gün yoxdu
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Jenny J

22 Mart 2014 20:29

News sen kimsen bele ne qeder xeberin var ? shok
--------------------
Wow man, this is weird on acid..