Loading...
Azərbaycanda avtomobil istehsalı artıb

Azərbaycanda avtomobil istehsalı artıb

Loading...
 
2013-cü ildə ölkədə 739 traktor istehsal edilib.

2014-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 147 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji göstəricisindən 4,6 dəfə çoxdur. 

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2013-cü ildə Azərbaycanda 424 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.

Məlumata görə, hesabat dövründə respublikada 91 yük maşını istehsal olunub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur. 2013-cü ildə respublikada 246 yük maşını istehsal olunub ki, bu da 2012-ci illə müqayisədə 52,8 faiz çoxdur.

Yanvar-fevral aylarında ölkədə 217 traktor istehsal edilib. Bu, 2013-cü ilin analoji dövr göstəricisindən 72,3 dəfə çoxdur.

2013-cü ildə ölkədə 739 traktor istehsal edilib. 

Bu, 2012-ci ilin göstəricisindən 19,6 faiz çoxdur. (Trend)

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

21 Mart 2014 17:03

Lap yaxşı əla mercedes good
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!