Loading...
Avto xəbərlər

Avto xəbərlər

Loading...
Beynəlxalq Detroyt avtosalonunun açılışına bir həftədən az vaxt qalıb. Bu “Mercedes-Benz” şirkətini idman krossoveri “GLA 45 AMG”-nin internet-prezentasiyasını vaxtından əvvəl etməyə vadar etdi.

Ən güclü kompakt yolsuzluq avtomobilinin seriya veriyası bir çox cəhətdən keçən ilin sonunda təqdim olunan konsept-kar ilə eynidir. Avtomobil güclü güc qurğusu, idman üslubunda köklənmiş əyləclər və asılqan, həmçinin interyer və eksteryerin fərqli bəzəyini əldə etdi.

Mercedes-Benz GLA 45 AMG”-nin kapotunun altında 2,0-litrlik turbo mühərrik yerləşir. Bu mühərrik 360 a.g. maksimal sürət və dəqiqədə 2250-5000 dövr etdikdə 450 Nm fırlanma anı verir.

İki muftalı avtomatik yeddipilləli transmissiya və tam ötürücü ilə bağlı olan mühərrik krossoveri 0-dan 100 km-ə 4,8 saniyəyə sürətləndirir. Maksimal sürət məcburi qaydada 250 km/saatda məhdudlaşır.

Güc qurğusu atmosferə 175 q/km CO2 buraxaraq Avro-6 ekoloji standartlarına uyğundur. İstehsalçının verdiyi məlumata görə, qarışıq tsikldə yanacaq sərfi 100 km-ə 7,5 litr edir.

Avtomobilin standart komplektasiyasında idman asılqanı, gücləndirilmiş əyləclər və start-stop sistemi görmək olar. Bu sistem mühərrikin qənaətli rejim aktivləşdirildikdə ən az yanacaq sərfinə nail olmağa kömək edir.

Əlavə məbləğə karbon lifindən düzəldilmiş banın aerodinamik asmasını, əyləclərin qırmızı supportlarını və arxa spoyleri, həmçinin özünə tonlaşdırılmış şüşələr və qara dekor elementləri daxil edən Night Package paketini sifarış etmək olar.

Mercedes GLA”-nın “yüklənmiş” modifikasiyasının salonu adi modeldən dəri və mikrofibra ilə örtülmüş idman oturacaqları, nappa dərisi ilə tikilmiş üçmilli sükan, AMG üslubunda işlənmiş cihaz paneli və AMG loqotipli astana qoymaları ilə fərqlənir. Qırmızı təhlükəsizlik kəmərləri və qırmızı tikiş salona idman üslubu verir. Əlavə ödəməyə karbon qoymalar və döşəmənin əlavə eksklüziv variantları təklif olunur.

Avto xəbərlər

Avto xəbərlər

Avto xəbərlər

Avto xəbərlər

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Cadi

28 Yanvar 2014 20:56

Qeweng mawindi

NICKY

27 Yanvar 2014 13:27

Rəngi qara olsa daha qəşəng görünərdi məncə
--------------------
♡♡♡

Night Wolf

27 Yanvar 2014 12:23

“Mercedes-Benz GLA 45 AMG zor maşındı həqiqətən
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

the5Kenan

27 Yanvar 2014 12:02

Mashinin qabagi ciddidi amma arxasi yox :/ arxasi pis gorsenir..

Xebere gore teshekkurler yes