Loading...
Avto xəbərlər

Avto xəbərlər

Loading...
İtaliyanın Puritalia Automobili emalatxanası öz yeni 427 Roadster üstüaçıq sportkarının seriya öncəsi prototipinin şəkillərini dərc edib.

Bu modelin birinci tizerı hələ 2012-ci ildə dərc edilmişdi. O zaman emalatxana təmsilçiləri bildirirdilər ki, Puritalia 427 Roadster dizaynı 1965-ci il Shelby Cobra klassik sportkarın xarici görünüşündən ilham alıb.

427 Roadster əsasında alüminium və xromomolibdendən hazırlanmış şassi durur və ona karbon kompozitindən panellər bərkidilir. Rodster eyni 5 litrlik V8 güc qurğusunun iki fərqli versiyası ilə əlçatan olacaq: 445 at gücü (530 Nm) hasil edən və aqreqatın verimini 605 a.g. (640 Nm) qədər artıran mexaniki sıxıcı kompressorlu.

Şəkillərdə təsvir edilmiş prototip rodsterin texniki içinin sınaqları və onun idarə edilməsinin təkmilləşdirilməsi üçün istifadə olunacaq.

Avto xəbərlər

Avto xəbərlər

Yeni nəsil Peugeot 308 ailəsi adına SW əlavə edilən yük-sərnişin versiyası ilə bir az da böyüyüb. Universalın ilk ictimai nümayişi yazda Cenevrə avtosalonu çərçivəsində olacaq.

Yük-sərnişin modifikasiyasının qabarit uzunluğu 4,58 metr təşkil edir ki, bu da sələfi ilə müqayisədə 8 sm, hetçbeklə müqayisədə isə 33 sm çoxdur.

308 SW baqaj bölməsinin həcmi 610 litr təşkil edir ki, bu sələflə müqayisədə 64 litr kiçikdir. Yeni model Volkswagen Golf Variant, Skoda Octavia Combi və Kia cee'd SW modellərinə rəqib olacaq. Bu modellərin baqaj bölmələrinin həcmləri müvafiq olaraq 605, 610 və 528 litr təşkil edir.

Baqaj bölməsinin faydalı sahəsinin həcmi ikinci sıra kürsülərinin yığışdırıldıqda nə qədər olacağı hələlik məlum deyil. Əlavə edək ki, ikinci sıra kürsüləri qatlandıqda döşəmə ilə bərabər səth əmələ gətirirlər.

Avto xəbərlər

Avto xəbərlər
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ms.Aytac

12 Yanvar 2014 10:13

1-ci masin coxx gozeldir

Night Wolf

11 Yanvar 2014 18:19

yadımdadadı həmişə playsatation oynuyanda pejo maşnını seçirdim
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Cadi

11 Yanvar 2014 18:01

1-ci mawini beyendim

gulumse

11 Yanvar 2014 14:29

polsa beyenirem men