Loading...

Avto xəbərlər
Avtodünya
- 07 Dekabr, 2013
- 2 012 Baxış
Loading...
"Ford Motor" şirkəti 2013-cü ildə istehsal edilən və Şimali Amerika bazarında satılan 1.6 kubmetr mühərrikli "Ford Escape" avtomobilini geri çağırmağa məcbur olub. Buna səbəb kimi həmin modellərin mühərriklərində alışmaların tez-tez baş verməsi göstərilir.
“Wall Street Journal” dərgisində deyilir ki, problem əsasən silindr bloklarının başlığının nasaz olmasındadır. Şirkət belə alışma hallarının 13-ə çatdığı barədə məlumat yayıb. Bundan əlavə "Escape" modellərində salona benzin iyinin yayılması hallarına da rast gəlinib.

Quançjou motorşousunda "Jaguar" şirkəti konseptual krossover "C-X17"-nin yenilənmiş variantını təqdim edib. Payızın əvvəllərində Frankfurt avtosalonunda debüt etmiş orijinal konseptdən fərqli olaraq yolsuzluq avtomobili dörd deyil, beş yerli olub.
İki konseptual krossoverlər bir-birlərindən ban rəngi, 23-düymlük təkər diskləri və interyer dizaynı ilə fərqlənir. İlk növbədə arxa oturacaq sırasına görə krossover ikinci sırada 3-yerli tərtibat alıb.
Yastığın ümumi olmasına baxmayaraq, söykənəcəklər hər sərnişinə uyğun ayrıca hazırlanıb. Maraqlıdır ki, əyləncə sisteminin monitoru cəmi bir ədəddir və o mərkəzdə oturan sərnişinin ayaqları yanında yerləşdirilib.
Bundan əlavə, "Jaguar C-X17"-ni panoram dam, tam rəqəmsal cihazlar paneli, proyeksiyalı displey, WiFi-ı olan informasiya-əyləncə sistemi, 28 dinamikli "Meridian" audiosistemi və arxa qapının açılışı zamanı "kor" zonalara nəzarət sistemi ilə təchiz edilib.
"Jaguar"-ın nümayəndələrinin sözlərinə görə krossover 6-silindrli mühərriklərdən istifadə üçün hazırlanıb. Bu mühərriklər artıq "F-Type" ailəsinə quraşdırılmışdı (340- və 380-güclü yüklənmiş 3.0-litrlik mühərriklər). Daha sonra mühərriklər qamması benzin və dizel "dördlükləri" ilə tamamlanmalıdır.
Brendin baş dizayneri Yan Kallum demişdir: Biz konseptləri elə-belə düzəltmirik. O çox yaxşı görünür. İstehsala gedəcəyini təsdiq edə bilməsəmdə, şəxsən özüm hesab edirəm ki, bu olmalıdır.
Əslində, müdafiə üçün özümə nitq hazırlayaraq demək istəyirdim ki, əgər gələcəkdə də "Jaguar" brendinin dəyərlərinə sadiq qalacağıqsa, bizim belə avtomobil buraxmağa ixtiyarımız var. Lakin bunu deməyə ehtiyac qalmadı – dünya özü onu sevdi. Biz heç bir tənqidi sözlər eşitmədik, hamı deyir ki, indi biz bu seqmentə qoşulmalıyıq.
İlk "Jaguar" krossoveri "Premiun Lightweight Architecture (PLA)" adı almış yeni alüminium platformada yığılacaqdır. Məhz, bu platforma da gələcəkdə kiçik sedan "XS"-də istifadə ediləcək ("BMW"-nin 3-cü seriyasının rəqibi), daha sonra isə "Jaguar" ekologiyanın tələblərinə cavab vermək üçün onun qısaldılmış variantında kompakt qabaqötürücülü hetçbek də buraxmaq niyyətindədir.





Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...