Loading...

Tanış olun: Ferrari Berlinetta
Avtodünya
- 19 Sentyabr, 2013
- 1 722 Baxış
Loading...






Düzünə qalsa, Mansory-nin işlədiyi bundan əvvəlki Ferrari 599 modeli "Stallone" çoxlarının xoşuna gəlməmişdi. Həmin kökləmə əla standart formanı sadəcə bərbad hala salmışdır, onu iki dəfə bahalaşdırmış və tək bir nüsxədə hazırlanmışdı.
Amma yeni V12 Ferrari superGT üçün, Mansory-da sadəcə fantastik iş yerinə yetiriblər. F12 Berlinetta əsasında kökləmə layihəsi - Frankfurt avtosalonunda təqdim edilən təzə La Revoluzione avtomobil haqqında təsəvvürlərimizdən kənara çıxır.
Bu avtomobildə getmək təkcə qorxulu deyil, adam onu şüşə günbəzin altında qoyub qonaqlara göstərmək istəyir. Axı onun kuzovu, həm də bütünlüklə tünd qırmızı karbondan hazırlanıb. Onun gücü xarici görünüşündən heç də az heyrətləndirmir - standart 740 a.g. əvəzinə 1250 a.g. 0-dan 100 km/saata qədər La Revoluzione 2.9 saniyə ərzində sürətini artırır və əgər vaxtında sürətləndiricinin pedalından ayağı götürməsən onda avtomobil 370 km/saat maksimal surətə nail olacaq.
Və ən axırda qiymət haqqında. Mansory-dən Ferrari F12-nin bu kökləməsi, La Revoluzione-ni dünyada ən bahalı F12 etdi. € 1 300 000, vergi və rüsumlar nəzərə alınmadan.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...