Loading...
Evli cütlüklərin qorxulu yuxusu - Vaginizm nədir?

Evli cütlüklərin qorxulu yuxusu - Vaginizm nədir?

Loading...
Vaginizm  evli cütlükəri evliliyə, bir-birinə və həyata küsdürmək potensialına malik bir xəstəlikdir.

Vaginizm (vajinismus) hər 10 qadından birinin həyatına təsir edir. Vaginizm  bütün dünyada,  xüsusilə qapalı və ənənəvi qaydalarla idarə olunan  cəmiyyətlərdə qadınların və evli cütlüklərin qorxulu yuxusuna çevrilib.

Vaginizmə qısaca olaraq cinsi əlaqə qorxusu da deyə bilərik. 


Vaginizm  qadında cinsi əlaqəni çətinləşdirən, hətta müalicə edilmədən qeyri-mümkün olan bir ağrıdının hiss edilməsidir.

Vaginizmdən şikayət edənlərin sayı  getdikcə artır. Onun   müalicəsində ən əhəmiyyətli mərhələ şikayətləri olan xəstəni dinləmək və başa düşməkdir.


Türkiyəli qadın xəstəlikləri üzrə mütəxəssis,  doğuş və cinsi terapiya həkimi Eda Adaviye Şahinin fikrincə  vaginizm xəstəliyi yoxdur, vaginizm xəstələri vardır. Xəstəliyin səbəbləri çoxdur. Müalicə də əvvəlcə səbəbin tapılması ilə başlayar. Həkimə müraciət edən hər xəstənin vaginizm səbəbi fərqli olduğu kimi, müalicəsi də fərqlidir.


Qısaca ifadə etmək lazım olsa vaginizmin  səbəbləri 2 əsas  başlıqda ifadə edilə bilər. Fiziki səbəblər arasında anatomik pozğunluq, darlıq, bağlı, qalın qızlıq pərdəsi və bənzər səbəblər göstərilə bilər. Psixoloji səbəblər isə cinsi istəklərə qarşı qorxu, utancaqlıq, iyrənmə, təcavüz, çətin doğuş keçirmək və zədə almaq kimi hallardır.   


Vaginizimin müalicəsində getdikcə uğular əldə edilməkdədir.  Bu mövzu ilə  maraqlanan həkim və psixoloq sayı artdıqca və cəmiyyətin cinsəllik mövzusunda danışılmayan, bilinməyən tərəfləri işıqlandırıldıqca xəstəliyin  azalması mümkündür.


Vaginizmin  müalicəsində uğur qazanmaq üçün  müalicə üsulundan çox qadını və kişini ayrı-ayrılıqda  dinləyib anlamaq lazımdır. Ginekoloji müayinə, cinsi müalicə sonrakı mərhələləri əlaqələndirir. Xüsusilə fiziki bir problemi olmayan psixoloji olaraq  vaginizm xəstələrini yalnız bilgiləndirmə və davranışlarla yanaşma ilə  müalicə etmək mümkündür. Vaginizm sizin günahınız deyil, taleyinizdə isə yazılmayan bir şeydir.  Ən qısa müddətdə ginekoloq,  cinsi terapist və ya psixoloqa müraciət edərək bu problemi həll edə bilərsiniz.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR