Loading...
Kişilərin sevişərkən etdiyi XƏTALAR - Birləşmə 2 dəqiqə davam edirsə...

Kişilərin sevişərkən etdiyi XƏTALAR - Birləşmə 2 dəqiqə davam edirsə...

Loading...

Bir çox kişi cinsi əlaqəni yetkinlik dövründə həmyaşıdları ilə danışaraq öyrənir. Ancaq bu öyrəndikləri onun qədər bilgiyə sahib olanların təcrübəsidir. Bəziləri internet, film və sosial mediadan məlumatlar əldə edir. Bu məlumatların əksəriyyəti qabarıq, real olmayan və səhv məlumatlardır. Kişilər əldə etdikləri bu yanlış məlumatlarla cinsi həyat yaşayarlar. Ən qəribəsi isə budur ki, həmin məlumatların düzgün olduğuna inanırlar. Nəticədə, cinsi həyatda bəzi səhv olan münasibətləri görə bilmirlər.


Türkiyəli psixoterapevt xanımları ilə cinsi əlaqəyə girərkən kişilərin uzaq durmalı olduqları yalnışları bir-bir açıqlayıb.


1 – Cinsi əlaqə ilə bağlı qarşı tərəflə danışmamaq

Bir çox kişi cinsi əlaqənin təbii olduğunu düşünür və bu mövzuda danışmaqdan çəkinir. Lakin cinsi münasibətdə qarşı tərəfin də istək və arzuları ola bilər. Hətta uzun müddət evli olan cütlüklərin belə qarşı tərəfin zövq aldığı yerlərdən xəbərsiz olduğu məlum olub. Sevişməzdən əvvəl də aranızda yaşanacaq cinsi münasibət haqda danışılmalıdır. Qadının gözlənti və istəklərini soruşmaq lazımdır. Bunun sayəsində daha çox zövqverici, doyumlu cinsi əlaqə yaşana bilər.


2 – Qadının hər vəziyyətdə seksə hazır olduğunu düşünmək;

Bir çox istəklərimiz kimi müəyyən zamanlarda da cinsi əlaqəyə girmək istəyimiz olmaya bilər. Bu, ən çox həyat yoldaşınızla aranızda problem olanda, yorğunluqdan, əhvalınız pozulanda, depressiyaya düşəndə və sair bu istək azala bilər. Xanımınızın cinsi istəyi olmayanda onu məcbur etməyin, əksinə onunla danışın. Problemlərin həlli sizi bir-birinizə daha da yaxınlaşdıracaq. Bir-birinə dəyər verən, qayğı göstərən cütlüklərin cinsi həyatı da gözəl olur.


3 – Xanımına diqqət yetirməmək;

Cinsi əlaqə cütlüklərin bir-birinə yaxınlaşmasının ən zirvə nöqtəsidir. Qadının bədəniylə bağlı həddindən çox mənfi fikir yürütmək onu seksdən uzaqlaşdırır. Gün ərzində xanımınıza diqqət göstərməsəniz, təhqir etsəniz, danışmasanız və ya pis davransanız bir-birinizə yaxınlaşmağınız azalacaq. Gözəl sözlər söylədikdə qadın özünü yaxşı hiss edir. Yaxınlıq hiss etməyən kəslərin cinsi həyatı zövqlə yaşaması olduqca çətin məsələdir. Seksi sadəcə bir vəzifə borcu kimi edəcəkdir.


4 – Ön sevişməyə kifayət qədər vaxt ayırmamaq;

Kişilər özlərini cinsi akta hazır hiss edən kimi tələsik seksə başlayırlar. Lakin cinsi birləşmədən əvvəl sevişmə müddətinin uzun olması qadını cinsi akta hazır vəziyyətə gətirir. Qadınların bədənlərinin oyanması kişilərlə müqayisədə daha çox vaxt alır. Ona görə də ön sevişməyə zaman ayırın, tələsik davranmayın.


5 – Erkən boşalmağı nəzərə almamaq;

Bir çox kişi erkən boşalma problemi ilə üz-üzədir. Lakin qarşı tərəflə bunu danışmaq istəmir. Bu problemi görməzdən gəlir. Əgər cinsi əlaqə zamanı birləşmə 2 dəqiqə davam edirsə, bu, erkən boşalma problemidir. Bu vəziyyətdə xanımınızın orqazm olması olduqca çətindir.  Belə bir probleminiz varsa, mütləq yardım alın.


6 – Təmizliyə diqqət etməmək;

Bir çox insan şəxsi gigiyenasına diqqət etmir. Cinsi əlaqədən əvvəl dişlər fırçalanmalı, hətta duş qəbul edilməlidir. Şəxsi təmizliyinizə diqqət etmək qarşınızdakının sizdən narahat olmasının qarşısını alır. Tər iyi verən kişi qadına cəzibədar gəlməz.


7 – Sadəcə özünü məmnun etmək istəyi;

Kişilər çox vaxt yalnız özlərinin cinsi istəklərinə, zövq almalarına fikir verirlər. Xanımının orqazm olmasını vacib bilməzlər. Belə olan halda bir müddətdən sonra qarşı tərəf cinsi əlaqədən doymadığını hiss edər. Nəticədə, seksdən uzaqlaşar və soyuyar. Unutmamalıyıq ki, cinsi əlaqə hər iki tərəfi razı salmalıdır.


8 – Qadının hamiləlik qorxusuna əhəmiyyət verməmək;

Kişilər seksə hazır olan kimi tez əlaqəyə girmək istəyirlər. Ancaq adının hamilə qalmaq qorxusu varsa, buna əhəmiyyət vermək lazımdır. Hamilə qalmaq riski olduğu zaman qadının qorxularını azaltmaq üçün prezervativdən istifadə edilməlidir.


9 – Qadını istəmədiyi davranışlara məcbur etmək;

Cinsi əlaqə iki nəfər arasında yaşanır. Kişi, qadını cinsi əlaqə zamanı istəmədiyi, zövq almadığı şeylərə məcbur edərsə, qadın seksdən soyuyar. Cinsi əlaqə zamanı kimsə kimsəyə istəmədiyi şeyi məcbur etməməlidir. Qadını incidən, güvənsiz hiss etdirən və ya sevmədiyi cinsi pozisiyalara məcbur etmək qarşı tərəfi cinsi əlaqədən uzaqlaşdırar.


10 – Sevişdikdən sonra arxanı çevirib yatmaq;

Cinsi əlaqədən sonra xanımınıza sarılın, sevginizi ifadə edin. Arxanızı çevirib yatsanız, qadın özünü ondan istifadə edilmiş kimi hiss edər. Bu da sonrakı cinsi əlaqənin yaşanmasına mane olur. Çünki bu qarşı tərəfə hörmətsiz davranışdır. Hörmət və sevginin olmadığı yerdə cinsi əlaqə də olmaz.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR