Loading...

Vyanada “tez bazar” seks üçün kabinələr quraşdırılacaq
+18
- 10 Sentyabr, 2014
- 6 187 Baxış
Loading...
Vyananın meri Sandra Frenberger qeyri-qanuni fahişəliklə mübarizə çərçivəsində fahişələrin müştərilərlə görüşməsi üçün ictimai yerlərdə "seks kabinələri” quraşdırmağı təklif edib.
Mer bu təşəbbüsü şəhər şurasına nəzərdən keçirməyi təklif edib.
Merin fikrincə, bu üsul küçələrdə müştəri axtaran "gecə kəpənəkləri”nin işini tam nəzarət altına almağa yardımçı olacaq. Kabinələrdə "əlüstü məhəbbət” üçün lazım olan hər şey, prezervativ və yataq yeri olacaq.
Vyananın meri bəyan edib ki, yaxın günlərdə yerli işçi qrupla, polislə, eləcə də qeyri-hökumət təşkilatları ilə kabinələrin quraşdırılması məsələsini müzakirə edəcək.
"Seks kabinələri”nin yaradılması fikri şəhər hakimiyyətində Floridsdorf və Lizinq rayonlarında yaşayan və işləyən sakinlər və sahibkarlar, seks-industriyanın işçilərinin düz pəncərə altında xidmət göstərmələrinə dair şikayətlərindən sonra yaranıb. Belə qonşuluq nə valideynlərin, nə də mənəviyyat keşikçilərinin xoşuna gəlməyib.
Vyana, İsveçrə Sürixinin təcrübəsini tətbiq edə bilər. 2013-cü ildə Avropada ilk dəfə olaraq "seks kabinələr” yaradılıb. Onlar taxta evlərə bənzəyir. Bu mini bardellər səhər saat 05.00-dan həftənin yeddi günü açıqdır və populyarlıq qazanıb.
Fahişəlik Avstriyada 19-cu əsrdən leqallaşdırılmış, tamamən qanuni fəaliyyət növüdür.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...