Loading...

Tanınmış jurnalist: “Seks həyatımın mərkəzində durur”
+18
- 07 İyul, 2014
- 2 311 Baxış
Loading...

Ömür Gedikin müsahibəsini ixtisarla təqdim edirik
"Seks həyatımın mərkəzində durur”
- Müsahibə almaq, kinotənqidçi olmaq, heyvan haqlarını qorumaq və musiqi. Niyə bir sahədə qərar tutmursunuz?
- Bunların hamısını çox sevirəm. Sevdiyim şeyləri də edəndə xoşbəxt oluram.
- Məqsədiniz xoşbəxtlik və işləməkdirsə, seksual pozalar verməyin səbəbi nədir?
- Həyatla oyun oynamağı sevirəm!
- Özünüzü çox bəyənirsiniz?
- Bəli. Güzgüyə çox baxıram. Sarışın olmağı da sevirəm.
- Deyirlər, sarışınlar axmaqdır...
- Belə olmadığına dair də çoxlu sübutlar var...
- Bəs müsahibə alanda açıq-saçıq geyinməyinizin səbəbi nədir?
- İndi artıq normal geyinirəm. Müsahibə almağa başlayanda strategiya müəyyən etdik və çox müzakirə olunsun deyə, buna əl atdıq. Oxucu səhifədə daha çox qalsın istədim.
- Seksual şəkillərinizdən sonra belə bir sual yaranır, seks həyatınızda hansı yeri tutur?
- Seks insan həyatında vacib bir yeri tutur. Mənim də həyatımı formalaşdırır. Həyatımın mərkəzində dayanır. "Kişilər gün ərzində seks barədə çox düşünürlər” deyirlər, əslində, qadınlar da fərqli deyil.
- Fərhad Göçərlə ayrılığınız davam edir?
- Yox, birlikdəyik. O ayrılıq adi bir səbəbdən olmuşdu. Evdən əşyalarımı götürməyə gedəndə qucaqlaşdıq, elə də qaldıq. Yəni ayrılığımız iki gün çəkdi.
"Fərhaddan artıq evlənmə təklifi gözləmirəm”
- Yeddi ildir birlikdəsiniz. Niyə hələ də evlənməmisiniz?
- Evlənmə təklifi etməyib. Əvvəllərdə gözləyir və istəyirdim. Artıq gözləmirəm. Evliliyə başımı qatmaq istəmirəm. Fərhadın keçmişdə yaşadığı travmalar yaxşılaşanda bəlkə evlənə bilərik.
- Evlənsəniz heyvan sığınacağında toy edərdiniz yəqin?
- Bəli. Böyük oteldə toy etməzdim. Heyvanların həyatına diqqət çəkmək üçün sığınacaqda evlənərdim.
- Fərhad bəyin qızının "Məndən çox Ömür Gediyin uşağı ilə maraqlanır” deyib məhkəməyə üz tutduğu düzdür?
- Bu, şikayət ərizəsi idi. Fərhad da sənədləri apardı, qərar çıxarıldı. Mənim qızımın isə onu çox sevən və maraqlanan atası var. Düzdür, Fərhad da onu çox sevir.
- Fərhad bəyin qızı ilə aranız necədir?
- Yaxşı və şirin qızdır. Şikayət ərizəsi anlaşılmazlıq idi.
- Niyə hələ də keçmiş ərinizin soyadını daşıyırsınız?
- Qızımla eyni soyadda qalmaq istəyirəm.
- Bəs Göçərlə evlənsəniz?
Ölənə qədər Gedik soyadında qalmaq istəyirəm. İnsanın uşağı ilə eyni soyadı bölüşməyi gözəldir.
- Fərhad bəydən uşaq istəmirsiniz?
- Xeyr, istəmirəm.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...