Fon yüklənir...
Загрузка...

Dəyərli sözlər

Загрузка...
Dəyərli sözlər

1. Hər şey Allah dərgahında nə ifadə edirsə, o qədər qiymətlidir. Mühüm olan ALLAHın dəyər verməsidir.

2. Allah gözəli gözlərdən ayırmaz.

3. Allah-Təala ilə sağlam irtibat qura bilməyənlər insanlarla da yaxşı münasibət qura bilməzlər.

4. Allaha yaxın olmayanların üfüqündə hər zaman uzaqlıq rüzgarları əsər.

5. Hər bir günah insan adlı sarayın bir tərəfini uçurar.

6. Dualarınıza cavab əlaməti olaraq ovuclarınız gizlədəyənədək dua edin. Məhz o zaman Allahın kömürü almaza çevirməsi mümkündür.

7. Allahdan yenə Allahı istəmək, Onun rizasını tələb etmək lazımdır. Həqiqi mömin ürəkdən Allahım, Sən məndən razı ol, yetər deyə bilən mömindir.

8. Allah üçün olmayacağıqsa, var olmağın bir mənası yoxdur. Bu, bir mənasız mövcudluqdur.

9. Gözəl söz əsl dəyərini saleh əməllə əldə edər.

10. Daim özünü nöqsanlı görmək bir fəzilətdir.

11. Allahı anmaq Allahın bizi anmasına vəsilədir.

12. Yaxşılığı gizli etmək və gizli saxlamaq zəruridir. Yalnız təşviq niyyəti ilə açıq aşkar etmək və söyləmək olar.

13. Şəfqət paslı qıfılları açan bir açar və ölmüş ruhları belə dirilərdən bir yədi-Məsihdir.

14. Kimdə olur-olsun azacıq səmimiyyət müvəffiqiyyətə səbəb ola bilər.

15. Allahın bir quluna lütf etdiyi ən böyük nemət ixlasdır.

16. Haqlı olmaq üçün sərtliyə ehtiyac yoxdur, yumşaq bir üslub haqlılığa fərqli bir gözəllik və dərinlik qazandırır.

17. Cəhənnəm odunu nur söndürər.

18. İmanın həzzinə qovuşanlar düşüncələrini belə sorğu-suala çəkər və qətiyyən başqa cür görünməzlər.

19. İnsan qəlbinin tamamilə inamla dolması ancaq əməllə mümkündür. Saleh əməl bəslənməyən bir imanın solması, hətta sönməsi qaçılmazdır.

20. İradə Allahın insan verdiyi ən böyük nemətlərdən biridir.
Загрузка...

ŞƏRHLƏR

Swagy Angel

12 Avqust 2014 20:39

10.Daim ozunu noqsanli gormek bir feziletdir

FIORE

22 İyul 2014 13:48

Allahı anmaq Allahın bizi anmasına vəsilədir.
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

ARR

27 İyun 2014 13:14

Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayıdış Onadır

Allah razı olsun

Dark PrincesSa

26 İyun 2014 14:39

Daim özünü nöqsanlı görmək bir fəzilətdir.

FIORE

26 İyun 2014 14:35

Haqlı olmaq üçün sərtliyə ehtiyac yoxdur, yumşaq bir üslub haqlılığa fərqli bir gözəllik və dərinlik qazandırır.
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

Night Wolf

26 İyun 2014 14:13

Haqlı olmaq üçün sərtliyə ehtiyac yoxdur, yumşaq bir üslub haqlılığa fərqli bir gözəllik və dərinlik qazandırır.


gözəl sözdü yes
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

26 İyun 2014 13:54

Allah razi olsun.
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...