Fon yüklənir...
Загрузка...

Hikmətli sözlər

Загрузка...
Hikmətli sözlər

1. Müsəlman olmaq gözəl, gözəl müsəlman olmaq daha gözəl və gözəl müsəlmanlıqda mütəmadı olmaq ondan da gözəldir.

Hikmətli sözlər

2. Möminlər özlərinə deyil, ALLAHa güvənirlər. Özünə güvənmək ən azı özünü aldatmaqdır.

Hikmətli sözlər

3. İnsanın zəhmət çəkmədiyi işə görə təriflənməkdən xoşlanması böyük bir nifaq əlamətidir.

Hikmətli sözlər

4. ALLAHa yaxın olan insanların xalqdan uzaq olması mümkün deyil.

Hikmətli sözlər

5. Bir məfkurəyə möhkəm bağlanmaq o məfkurənin həyata keçirilməsi istiqamətində mühüm bir vasitədir.

Hikmətli sözlər

6. Elminə əməl etməyən insan nə qədər bilirsə bilsin, yenə cahildir.

Hikmətli sözlər

7. ALLAHa yaxınlığın ən bariz nümunələrindən biri təkkəbbürdən uzaq olmaqdır.

Hikmətli sözlər

8. İnsana qarşı ədəblə davranmayanların ALLAHa qarşı da ədəbli olması qeyri-mümkündür.

Hikmətli sözlər

9.Əmanət sədaqətli olana verilir. ALLAHın əmanəti də belədir.

Hikmətli sözlər

10. İnsan iffəti qədər xarakterini də zədələməkdən qorumalıdır.

Hikmətli sözlər

11. Başqalarının günahları ilə məşğul olmaq bir mənəvi xəstəlikdir.

Hikmətli sözlər

12. Hər kəsin dəyəri niyyətinin dərinliyi qədərdir.

Hikmətli sözlər

13. İnsan özünüdərki dərinləşdikcə dərinləşir.

Hikmətli sözlər

14. Müvazinət(sabitqədəmlik) İslamın ruhudur.

Hikmətli sözlər

15. Günah işlətməmək bir fəzilət olduğu kimi, başqalarının günaha girməsinə səbəb olmamaq da fəzilət, hətta bir vəzifədir.

Hikmətli sözlər

16. Ədalət hər yerdə keçərli olan bir sərmayədir.

Hikmətli sözlər

17. Sədaqət açarı bütün qapıları açar.

Hikmətli sözlər

18. Özünü ətrafından üstün görən, ətrafına ehtiyac duymayan insan boşluqda yeriyir.

Hikmətli sözlər

19. Dünyanın ən bədbəxt insanları başqalarının fikrini öyrənmədən, məsləhətləşmədən iş görənlərdir.

Hikmətli sözlər

20. İstədiyini ALLAHdan istəyən heç vaxt Onun lütfündən məhrum qalmaz.
Загрузка...

ŞƏRHLƏR

emiwka

6 May 2015 15:10

Tesekurler:)
--------------------
Getdim Sagolun

Dark PrincesSa

15 May 2014 20:35

. ALLAHa yaxınlığın ən bariz nümunələrindən biri təkkəbbürdən uzaq olmaqdır -

gulumse

15 May 2014 14:51

20. İstədiyini ALLAHdan istəyən heç vaxt Onun lütfündən məhrum qalmaz.

Night Wolf

15 May 2014 13:15

Möminlər özlərinə deyil, ALLAHa güvənirlər. Özünə güvənmək ən azı özünü aldatmaqdır.

Çox gözəl sözdü
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...