Fon yüklənir...
Загрузка...

Hikmətli sözlər

Загрузка...
Hikmətli sözlər

1. Müsəlman olmaq gözəl, gözəl müsəlman olmaq daha gözəl və gözəl müsəlmanlıqda mütəmadi olmaq ondan da gözəldir.

Hikmətli sözlər

2. Din insanı formalaşdırmaq, bir qəlibə salmaq, ona ölçü-mizan vermək üçün göndərilmişdir, insanın istəyinə uyğun formalaşmaq üçün deyil.

Hikmətli sözlər

3. Möminlər özlərinə deyil, ALLAHa güvənilər. Özünə güvənmək ən azı, özünü aldatmaqdır.

Hikmətli sözlər

4. ALLAHa yaxın olan insanların xalqdan uzaq qalması mümkün deyil.

Hikmətli sözlər

5. Bir məfkurəyə möhkəm bağlanmaq o məfkurənin həyata keçirilməsini istiqamətində mühüm bir vasitədir.

Hikmətli sözlər

6. Hər kəsin dəyəri niyyətinin dərinliyi qədərdir.

Hikmətli sözlər

7. Ədalət hər yerdə keçərli olan bir sərmayədir.

Hikmətli sözlər

8. İstədiyini ALLAHdan diləyən heç vaxt məhrum qalmaz.

Hikmətli sözlər

9. Xarakterdə, davranışda və ümmumiyyətlə, hər bir işdə ən gözəl şey sadəlikdir.

Hikmətli sözlər

10. Başqasına yaxşılıq etsən özünə də yaxşılıq etmiş olarsan.

Hikmətli sözlər

11. Əmanət sədaqətli olana verilir. ALLAHın əmanəti də belədir.

Hikmətli sözlər

12. ALLAHa yaxınlığın ən bariz əlamətlərindən biri də təkəbbürdən uzaq olmaqdır.

Hikmətli sözlər

13. Elə mənəvi məqamlar var ki, onlara ancaq gözəl əxlaqla yüksəlmək olar.

Hikmətli sözlər

14. Sən toxum at, qoy onun meyvəsi başqalarına nəsib olsun.

Hikmətli sözlər

15. Sədaqət açarı bütün qapıları açar.

Hikmətli sözlər

16. Dünyanın ən bədbəxt insanları başqalarının fikirini öyrənmədən, məsləhətləşmədən iş görənlərdir.

Hikmətli sözlər

17. İnsanın əməli ilə doldura bilməyəcəyi nəhəng boşluqları niyyətinin zənginliyi ilə doldura bilər.

Hikmətli sözlər

18. Əməlinə güvənməmək qürurdur və belələri ALLAHın sevgisini qazana bilməzlər.

Hikmətli sözlər

19. Ən böyük uğuru belə özünə aid etməmək ən böyük mənəvi müvəffəqiyyətdir.

Hikmətli sözlər

20. Özünü ətrafından üstün görən, ətrafına ehtiyac duymayan insan boşluqda yeriyir.

Hikmətli sözlər

21. İnsanın qəlbi daim gözlər və qulaqlar vasitəsiilə qidalanmırsa, mənən qüvvətlənmirsə, demək ki, iman dəryası getdikcə dayazlaşır.

Hikmətli sözlər

22. Faydasız və lüsumsuz şeylər faydalı olanları da faydasız hala gətirir.

Hikmətli sözlər

23. Elə fəzilətlər var ki, onlar ibadət və itatələ deyil, ancaq ədəblə əldə edilir.

Hikmətli sözlər

24. Kiçik bir şeyin öhdəsindən gələn kimi hər şeyi bacardığını zənn etmək şeytanın fısıldadığı boş düşüncədən başqa bir şey deyildir.

Hikmətli sözlər

25. Möminə qisas hissi yaraşmaz. Bir insanın cəhənnəmə getməsini diləyərək ondan intiqam almaq isə insanlığa sığmaz
Загрузка...

ŞƏRHLƏR

miss__lady

4 May 2014 17:15

Kiçik bir şeyin öhdəsindən gələn kimi hər şeyi bacardığını zənn etmək şeytanın fısıldadığı boş düşüncədən başqa bir şey deyildir.

Night Wolf

3 May 2014 12:25

Sən toxum at, qoy onun meyvəsi başqalarına nəsib olsun.

Gözəl sözdü eliyən azdı
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...