Fon yüklənir...
Загрузка...

Allaha Təvəkkül

Загрузка...
Allaha Təvəkkül

Yaylaqda hamı onu tanıyırdı. "Necə təvvəkküllü (səbəbləri yerinə yetirib nəticəni ALLAHa həvalə edən, hər şeyə rəğmən qədərdən razı olan, şükr edən )adamdır” deyərdilər. Başına nə iş gəlsə dərd etməz”, "yəqin, bir hikməti var” deyib üstündən keçərdi. O il caamatın mal-qoyunu sapsağlam yaylaqda otlayanda qəflətən onun ulağı öldü. Ulaq işinə çox yarayırdı. Hara getsə, onun belində gedər, yükünü onunla daşıyırdı. Ancaq buna təvvəkkül edərək heç qonşuları qədər də heyifslənmədi ulağın ölümünə. "Bunda da bir hikmət var”-dedi.

Aradan çox keçməmişdi ki, qapısından aralanmayan iti öldü. Qonşuları dərdlənərkən o yenə: "Bunda da bir hikmət var”-deyib əhəmiyyət vermədi.
Ziyan bununla bitmədi. Bir gün də hər sabah onu namaza qaldıran xoruzu öldü. Qonşular yenə: "Burada bir uğursuzluq var”, desə də, o "Boş yerə özünüzü üzməyin, bunda da bir hikmət var,”-dedi.

Bu mudrik, təvvəküllü adam həyatda çox şey görmüşdü. Bilirdi ki, dalbadal gələn bu zərərlərin arxasında mərhəmət cilvələri, mərhəmət təcəlilləri gizlənib. Belə şeylərə çox şahid olmuşdu, buna görə də dərd eləmir, ona təsəlli verənlərə də:
-Mülk ALLAHındır. Biz də bu mülkün işçiləri kimiyik. Mülk sahibi mülkünə istədiyini edər, -deyirdi.
Bir gecə quldurlar onların məskənlərinə basqın etdi. Gecə gizlicə gələn bu quldurlar əvvəlcə ətrafı səssizcə dinşəyir, sonra harada bir ulaq anqırtısı, bir it hürşü, bir xoruz banı eşitsələr, orada adma olduğunu bilir, həmin yerə basqən edib caamatı soyub-talayırdılar. Həmin ərazidə açmadıqları qapı, talamadıqları ev qalmadı, mudrik qocanının evindən başqa.

Sübh namazından sonra hay-küydən qonşuları talan edildiyini anladı. Hər yer talandığı halda, ona toxunulmamış, belə bir evin varlığından xəbər tutmamışdılar. Qonşular başlarına gələn müsibətlərin üzüntüsündən dilə gətirərkən, o, sakitcə cavab verdi:
-Həyatda heç bir uğur sizi həddən artıq sevindirməsin, uğursuzluğa görə də həddən artıq üzülməyin. Hər iki vəziyyətdə təvvəkül etməyi yaddan çıxartmayın. Bunların hamısı keçici şeylərdir. Həyatda baş verən bütün hadisələrin kökündə hikmət və ibrət var. Heç bir şey mənasız və təsadüfi deyildir. Siz gözlənilən hadisələrə qarşı bir qul kimi əvvəlcə tədbir görün, sonra da "ALLAHa təvvəkkül” deyib rahat olun!
Загрузка...

ŞƏRHLƏR

❃FloRal❃

27 Mart 2014 22:57

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

Jenny J

27 Mart 2014 19:42

Çox ibrətamiz idi ALLAH RAZI OLSUN
--------------------
Wow man, this is weird on acid..



Night Wolf

27 Mart 2014 16:42

Mənim də xoşum gəlmişdi hekayədən. Həmişə çalışın ki dərd yox dua edin
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

27 Mart 2014 15:11

Çox gőzel ve doğru vurğulanmış hekayedir. Heyatda beledir eslinde. Ne prablem yaşayırsan yaşa Allaha dua ele, o seni duyar ancaq.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...