Fon yüklənir...
Загрузка...

“Pərvin sən o maşını hansı pulla almısan, mən 50 ildir oxuyuram, ala bilmirəm"

Загрузка...

 

"Maşın” şouda səssizlik müddəti çox az çəkib və iştirakçılar arasında növbəti dəfə gərginlik yaşanıb.
Qutudan ən çox şəkli çıxan müğənni Əli Mirəliyev öz ənənəvi ampulasına geri dönərək sükutu pozub. Belə ki, o, verilişin bitməyinə bir saat qalmış sərt sözləri ilə yadda qalıb. Əli Mirəliyev hədəfinin aktrisa Pərvin Abıyeva olduğunu açıqlayıb və bundan sonra şouda ara qarışıb. O, bu seçimini aktrisanın yaşlı iştirakçılar barədə neqativ sözlər işlətməsi ilə izah edib.

Bundan əlavə, Əli Mirəliyev P.Abıyeva ilə danışarkən "maşını hansı pulla almısan?” deyərək atmaca atıb. Aparıcı Aytən Səfərova da müğənniyə dəstək olub və onunla aktrisa arasında mübahisə yaşanıb. İştirakçılar arasında söz savaşı zamanı P.Abıyeva aparıcıya "üzümə durursan” deyib.

Bundan əlavə, Əli Mirəliyev çıxış edərkən Pərvin Əbiyeva barədə işlətdiyi ifadəyə görə onun mikrofonunun səsi alınıb.

Lakin oyunun sonunda qalmaqalları ilə yadda qalan Ə.Mirəliyev şounu tərk etməli olub. Belə ki, səsvermənin nəticələrinə görə "Getsin”ə gələn səslər üstünlük təşkil edib.
 

Загрузка...
Aviasales Rosegal WW
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...