Fon yüklənir...
Загрузка...

Nişanlandığı gün sevgilisini öldürdü: Bakıda ana ilə qızının güllələnməsinin şok təfərrüatı - VİDEO

Загрузка...

Nişanlandığı gün sevgilisini öldürdü: Bakıda ana ilə qızının güllələnməsinin şok təfərrüatı - VİDEO

 

 

Bakının Sabunçu rayonunda güllələnmə hadisə baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. Ov tüfəngi ilə silahlanan 19yaşlı Sabir Qulamov Sadıxcan küçəsi 13 ünvanına gəlib. Ona qapını evin sahibi 55 yaşlı Esmira Cəfərova açıb. Silahlı şəxs heçnə demədən Esmira Cəfərova və evdə olan onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızını güllələyib. Daha sonra həmin şəxs evi tərk edib. Səsə gələn qonşular yaralıları 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Esmira Cəfərova xilas edilsə də həkimlərin səyinə baxmayaraq, Aytən Cəfərova ölüb. Güllələnmə baş verən ünvanda polis və prokurorluq əməkdaşları olublar. Hadisəni törədən şəxs isti izlərdən saxlanılıb. Verilən məlumata görə hadisəni törətməkdə şübhəli bilinən şəxs Aytən Cəfərovanın nişanlısı olub. Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.

Yenicag.az-a hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Belə ki, Aytəni həmin gün Sabirə ad ediblər. Axşam saatlarınsa isə sözügedən əməli törədib.

Qeyd edək ki, Aytən Cəfərova 3 bacıdırlar. Aytən evin kiçik qızı olub. Hadisə zamanı evdə böyük bacısı da olub. Lakin ona atəş açılmadığından xəsarət almayıb.

 

 

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...