Fon yüklənir...

“Saatı 30 manat, evdə bilmirlər...” - Bakı gecələri

Gecələr Bakı küçələrində nələr baş verir?

"Özünü Ayka kimi təqdim 19 yaşlı gəncə, xanımmı desəm, oğlanmı desəm... Hər nəysə. Şəhərin bir çox ərazisində gözümüzə dəyən "Ayka" və onun kimilərin ünvanına yeni məkan əlavə edilib-Sulutəpə-Xocəsən yolu.

Ayka və onun bir iki rəfiqəsi artıq bir müddətdir ki, qaş qaralanda işə gedirmiş kimi üz tuturlar bu əraziyə. Həmişəki kimi öz amplualarında-mini yubkada, qısa sarı və ya qara uzun saçda- kişilər üçün qeyri-təbii işdə... Cazibədar görünmək üçün isə min hoqqaqdan çıxırlar.

Səbəb də bəllidir, kimlərinsə müvəqqəti hisslərinin qənimi olmaq. Və bunun müqabilində dırnaqarası xidmət haqqı...

Nəzərə alsaq ki, adıçəkilən ərazi paytaxtda daxil olan yük avtomobillərinin əsas yollarından sayılır. Onların müştərilərinin kim olduğunu izah etməyə isə artıq ehtiyac yoxdur.

"KamAZ” sürücülərindən savayı, xəttə çıxan avtobus sürücüləri və taksilər də tez-tez "Ayka" kimilərinin dırnaqarası qəbuluna düşürlər.

Ayka demişkən, təcrübəsi az olan bu gənc həyatından narazı görünmürdü. Deyib gülür və növbəti müştərisini gözləyir:

"Saatı 30 manat, evdə bilmirlər, bilsələr nə deyəcəklər ki?..”

Onlar gündüz adi, axşam isə qeyri-adi görünürlər. Ələxsus, Bakıda. Bakı gecələrinə özlərinə uyğun rəng qatan Aykalar, Syamalar, Cenilər isə günü-gündən çoxalır.

Bu, xəstəlik deyil və ona görə də müalicəsi yoxdur. Bu, sadəcə olaraq, vərdişdir, amma yoluxucu!"
 

ŞƏRHLƏR

Allahu Akber

21 Oktyabr 2015 01:25

uca Allahdan basqa heckim diye bilmez ki dunyanin sonudur bunu dimek olmaz uca Allah sizin gunahinizdan kecsin Ahu 05 nikli xanim

Ahu 05

22 Sentyabr 2015 09:42

dunyanin sonudueeeeeeeee

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam