Fon yüklənir...
Загрузка...

Azərbaycanın mobil operatoru internet tariflərini artırır

Загрузка...

Azərbaycanın mobil operatoru internet tariflərini artırır

 

 

İyulun 3-dən etibarən "Azercell Telekom" MMC tərəfindən keçirilən "Azercell-dən Sim-Sim Data nömrə", "Azercell-dən Data nömrə-2017", "10GB=10AZN", "Azercell-dən 4G WiFi və 3G Modem - 2017", "Azercell-dən 4G WiFi router, 3G Mobile WiFi router və 3G Modem - 2017" kampaniyaları şərtlərində dəyişiklik edilərək, müvafiq kampaniyalar çərçivəsində təqdim edilən 10GB həcmli internet paketinə görə aylıq (30 günlük istifadə müddəti) 12 AZN xidmət haqqı tətbiq ediləcək.

Həmin tarixədək, kampaniyalara qoşulmuş abunəçilərin nömrələrinə isə Abunə Müqaviləsinə müvafiq cihazın güzəştli şərtlərlə satışına dair əlavəsinə əsasən seçilmiş 10 aylıq müddət ərzində 10 GB həcmlı internet paketininə görə aylıq (30 günlük istifadə müddəti) 10 AZN xidmət haqqı tətbiq edilməkdə davam edəcək. Kampaniya çərçivəsində müəyyən edilmiş 10 aylıq müddəti bitmiş və bundan sonra bitəcək abunəçilərin nömrələrinə isə dəyişiklik edilən 03 iyul 2018-ci il tarixindən etibarən, digər həcmli internet paketi əldə edilmədiyi və yaxud müvafiq paketdən imtina edilmədiyi təqdirdə 10GB həcmli internet paketinə görə aylıq (30 günlük istifadə müddəti) 12 AZN xidmət haqqı tətbiq ediləcək.

 

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...