Fon yüklənir...

Daha bir səlahiyyət Mərkəzi Bankın əlindən alındı

Daha bir səlahiyyət Mərkəzi Bankın əlindən alındı

(adsbyskyline = window.adsbyskyline || []).push({});
(adsbyskyline = window.adsbyskyline || []).push({});

Mərkəzi Bankın daha bir səlahiyyəti əlindən alınır. 

"Qaynar" xəbər verir ki, bununla bağlı məsələ  “Mərkəzi Bank haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb. Belə ki, dəyişikliyə əsasən qanundan 49-1 maddəsi çıxarılır. 

Xatırladaq ki, hazırda qüvvədə olan maddə aşağıdakı kimidir: "Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi 49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir. 49-1.2. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir". 

Bu da o deməkdir ki, Mərkəzi  Bank bundan sonra kredit təşkilatlarına məqsədli kredit verə bilməyəcək.  Bu səlahiyyəti Maliyyə Bazarlarına Nəzarət Plaatası həyata keçirəcək. 

Layihə səsə qoyularaq qəbul edilib.

(adsbyskyline = window.adsbyskyline || []).push({});(adsbyskyline = window.adsbyskyline || []).push({});
(function(w, d, n, s, t) { w[n] = w[n] || []; w[n].push(function() { Ya.Context.AdvManager.render({ blockId: "R-A-211058-1", renderTo: "yandex_rtb_R-A-211058-1", horizontalAlign: false, async: true }); }); t = d.getElementsByTagName("script")[0]; s = d.createElement("script"); s.type = "text/javascript"; s.src = "//an.yandex.ru/system/context.js"; s.async = true; t.parentNode.insertBefore(s, t); })(this, this.document, "yandexContextAsyncCallbacks");

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam