Fon yüklənir...
Загрузка...

İlin rəmzi komandası üçün 50 namizəd - UEFA açıqladı

Загрузка...
İlin rəmzi komandası üçün 50 namizəd - UEFA açıqladı

EFA 2018-ci ilin rəmzi komandasına namizəd futbolçuların siyahısını açıqlayıb. 
 
Sfera.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytında açıqlanan siyahıda 50 oyunçunun adı yer alıb.

Futbolsevərlər UEFA-nın saytında yanvarın 11-nə kimi davam edəcək səsvermədə iştirak etməklə ilin ən yaxşı 11 futbolçudan ibarət heyətini müəyyənləşdirəcək.

İlin rəmzi komandasına namizədlər isə bunlardı:

Qapıçılar: Alisson ("Liverpul"), Uqo Loris ("Tottenhem"), Keylor Navas ("Real"), Yan Oblak ("Atletiko"), Mark-Andre ter Ştegen ("Barselona");

Müdafiəçilər: Jordi Alba ("Barselona"), Corcio Kyellini ("Yuventus"), Xose Ximenes, Dieqo Qodin, Luka Hernandes (hamısı "Atletiko"), Yozua Kimmix ("Bavariya"), Kalidu Kulibali ("Napoli"), Kostas Manolas ("Roma"), Marselo, Serxio Ramos, Rafael Varan (hamısı "Real"), Jerar Pike, Samuel Umtiti (hər ikisi "Barselona"), Con Stounz ("Mançester Siti"), Vircil van Deyk ("Liverpul");

Yarımmüdafiəçilər: Kazemiro, İsko, Toni Kroos, Luka Modriç (hamısı "Real"), Kevin De Breyne, David Silva (hər ikisi "Mançester Siti"), Eden Hazard, Nqolo Kante (hər ikisi "Çelsi"), Ceyms Milner ("Liverpul"), Saul Niqes ("Atletiko"), Dimitri Payet, Florian Toven (hər ikisi "Marsel"), Miralem Pyaniç ("Yuventus"), Pol Poqba ("Mançester Yunayted"), İvan Rakitiç ("Barselona");

Hücumçular: Qaret Beyl ("Real"), Edinson Kavani, Kilian Mbappe, Neymar (hamısı PSJ), Paulo Dibala, Kriştiano Ronaldo (hər ikisi "Yuventus"), Edin Ceko ("Roma"), Roberto Firmino, Sadio Mane, Məhəmməd Salah (hamısı "Liverpul"), Antuan Qrizmann ("Atletiko"), Harri Keyn ("Tottenhem"), Robert Levandovski ("Bavariya"), Lionel Messi, Luis Suares (hər ikisi "Barselona").
 
/Unikal.org
Загрузка...
loading...
Загрузка...