Fon yüklənir...
Загрузка...

"Neftçi"nin 8-ci qış çempionluğu

Загрузка...

Azərbaycan Premyer Liqasında qış çempionu müəyyənləşib. Mövsümün ilk yarısı başa çatmasa da, "Neftçi”nın qış fasiləsinə 1-ci pillədə yollanacağı rəsmiləşib.
 
Buna "ağ-qaralar”ın XIII turda səfərdə "Sabah” üzərində 2:1 hesablı qələbəsi səbəb olub. Xal hesabını 32-yə çatdıran Roberto Bordinin yetirmələri ilin son turunun nəticələrindən asılı olmayaraq fasiləyə 1-ci pillədə yollanacağını təmin edib.

Bu, "Neftçi”nin Azərbaycan çempionatları tarixində 8-ci qış çempionluğudur. Bakılılar 1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11 və 2011/12 mövsümlərində də qış fasiləsinə lider kimi yollanmışdı. Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.

"Neftçi”dən başqa "Qarabağ” 6, "Kəpəz”lə "İnter” (indiki "Keşlə”) hərəyə 3 dəfə qış çempionu olub. "Xəzri”, "Şəmkir”, "Karvan”, "Xəzər Lənkəran” və "Olimpik”in (indiki "Şüvəlan”) hərəyə 1 belə uğuru var.
 
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...