Fon yüklənir...
Загрузка...

Həftəsonu Gənc Tamaşaçılar Teatrında 5 tamaşa nümayiş olunacaq

Загрузка...
Həftəsonu Gənc Tamaşaçılar Teatrında 5 tamaşa nümayiş olunacaq

Tamaşalara

Bakı. 22 fevral. / Həftəsonu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 5 tamaşa nümayiş olunacaq.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fevralın 24-də məktəblilər üçün saat 12:00-da və 14:00-da Azərbaycan xalq nağılı “Məlikməmmədin nağılı”, fevralın 25-də eyni saatlarda C.Sviftin “Qulliver cırtdanlar ölkəsində” tamaşaları nümayiş etdiriləcək.

Fevralın 23-də saat 19:00-da Teatrın kiçik səhnəsində T.Vəliyevanın “Cəza” təkadamlıq dramı nümayiş olunacaq. Kollektiv fevralın 24-də İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı”, fevralın 25-də isə S.Elsevərin “Arzu və Murad” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşalar saat 19:00-da nümayiş olunacaq. 

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni və rus hərbi birləşmələrinin Xocalı şəhərini işğal etdiyi zaman əsir düşmüş gənc qızın faciəvi taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumundan bəhs edən “Arzu və Murad” tamaşası faciənin 26-cı ildönümünə həsr edilib. 

Tamaşalara biletləri mərkəzləşmiş kassalardan və “Asan xidmət” filiallarından əldə etmək olar.

float: left; width: 100%;">
Həftəsonu Gənc Tamaşaçılar Teatrında 5 tamaşa nümayiş olunacaq

Həftəsonu Gənc Tamaşaçılar Teatrında 5 tamaşa nümayiş olunacaq

Həftəsonu Gənc Tamaşaçılar Teatrında 5 tamaşa nümayiş olunacaq
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...