Fon yüklənir...
Загрузка...

"Qarabağın səsi" aksiyasına təqdim edilən rəsm əsərlərinin seçim mərhələsi keçirilib

Загрузка...

© Report/ Elchin Murad

Bakı. 15 fevral. / "Xocalıya ədalət" kampaniyası çərçivəsində "Qarabağın səsi" aksiyasına təqdim edilən rəsm əsərlərinin seçim mərhələsi keçirilib.

"Report" xəbər verir ki, aksiyaya Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İsrail və başqa ölkələrdən 300-ə yaxın rəsm əsəri təqdim olunub.

Layihənin rəhbəri Murad Qulubəyli aksiya barədə məlumat verərək bildirib ki, rəsm əsərlərinin müəllifləri üçün yaş məhdudiyyəti qoyulmayıb: "Münsiflər heyəti daha təsirli əsərləri seçərək ikinci mərhələyə buraxacaqlar. Sonda ən yaxşı rəsm əsərlərinin müəlliflərinə sertifikatlar təqdim ediləcək".

Münsiflər heyətinin qərarı ilə yekunda yüzdən artıq rəsm əsəri sərgidə nümayiş olunacaq.

Qeyd edək ki, ən yaxşı rəsm əsərləri fevralın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimindən əvvəl nümayiş olunacaq.

float: left; width: 100%;">


























Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...