Fon yüklənir...

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Üç© Report/ Firi Salim

Bakı. 13 fevral. / Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoyub. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilib. Müxtəlif illərdə (1931-1941-ci illər), (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərib. Azərbaycan və rus bölmələri var. 1964-ci il aprelin 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir.

Qorxulu yuxuları xatırladan foye

Teatrın binasına daxil olarkən bizi mətbuat katibi Həmidə Rüstəmova qarşıladı. O, bizə bələdçilik edib teatrı daha da yaxından tanımağımıza köməklik göstərdi. Foyedə ən çox diqqət çəkən nüanslardan biri də tamaşa zalının qapısı olan divarlara çəkilmiş rəsmdir. Divardan divara böyük bir ərazini əhatə edən rəsm xalq rəssamı Toğrul Nərimanbəyovun fırçasından çıxıb. Burada rəssam Azərbaycan incəsənətinə məxsus rəng harmoniyasından məharətlə istifadə edib. Rəssamın qırmızı, qara tonların üstünlük təşkil etdiyi, qədim incəsənətimizdən bəhrələnərək ərsəyə gələn bu fantaziyasına bir anlıq uşaq gözü ilə baxdıqda rəsm bizə qorxulu yuxuları xatırlatdı. Bir qədər də diqqətlə müşahidə etdikdən sonra qərara gəldik ki, rəsm nə qədər möhtəşəmdirsə, bir o qədər də uşaqlar üçün uyğun deyil. Foyedə həmçinin teatrın simvolu sayılan "Boy kuklaları"nı da görmək mümkündür. Bu nəhəng kuklalar daha çox şənliklərdə istifadə edilməsi üçün nəzərdə tutulub.

Üç yaradıcı heyət bir binada

Binada həmçinin “Oyuq” teatr studiyası və "Yuğ" teatrının kollektivi də fəaliyyət göstərir. Bələdçimizlə kiçik, qaranlıq bir otağa daxil olduq. O qeyd etdi ki, "Yuğ"un tamaşaları bu kiçik zalda nümayiş olunur: "Teatrın binası təmir olunduğundan üç ildən artıqdır Kukla Teatrında məskunlaşıb. "Oyuq" teatr studiyasında yaranan uşaq qrupunun sayəsində bir çox beynəlxalq festivallarda birincilik qazanmışıq. Bununla yanaşı, ənənəvi olaraq sosial layihələr də reallaşdırırıq. Burada ustad dərsləri də keçirilir. Tanınmış incəsənət xadimləri, aktyorlar, vokal ustaları mütəmadi olaraq studiyamıza gəlib uşaqlara ustad dərsləri keçirlər".

Şüngülümsüz "Şəngülüm, Məngülüm"

Tamaşa zalına doğru yollanırıq. Zalda məşq edən Musiqili Teatrın aktyoru Ülviyyə Əliyevanı gördükdə əvvəlcə təəccübləndik. Səhnədə "Şəngülüm, Məngülüm" tamaşasının məşqləri gedirdi. Əvvəlcə tamaşanın adının səhv deyildiyini düşünsək də, sonradan rejissor Anar Məmmədovdan monotamaşada dörd xarakterin eyni zamanda ifa edilməsi mümkün olmadığından Şüngülümü ixtisar etməli olduqlarını öyrəndik. Diqqətimizi çəkən bir məqam da səhnədə üzü aktrisaya qarşı yerləşdirilən güzgü oldu. Daha sonra resjossor məlumat verdi ki, güzgü aktyorların kuklanı görməsi üçün yerləşdirilir.

Kukla Teatrında ilk dəfə çıxış edəcək olan aktrisa tamaşanın hazırlanmasında əsas məqsədinin xeyriyyəçilik olduğunu vurğuladı: "Biz uzun illərdir Milli Onkologiya Mərkəzində tamaşalar göstəririk. Biz orda "Oyuq" teatr studiyasının uşaq qrupu ilə bərabər konsertlər təşkil etmişik. Diqqət yetirirdim ki, uşaqlara kukla ilə olan tamaşalar daha maraqlı gəlir. Ancaq hər dəfə teatrdan kömək istəməyin doğru olmadığını düşünüb Rəşaddan mənim üçün bir kukla tamaşası hazırlanmasını xahiş etdim".

20 ildir səhnədə olan aktrisa kuklalarla işləməyin çətinliyindən danışdı: "Beş kukla və altı obrazdan ibarət bir monotamaşa olacaq. Kuklalarla işləmək olduqca çətindir. Sanki yeni-yeni yeriməyi öyrənirəm. Tamaşa zamanı altı səs dəyişəcəm".

25 yaşlı Göyçək Fatma

Səhnədən sonra üz tuturuq kuklaların saxlanıldığı otağa. Otaqda yüzlərlə rekvizit var. Teatrın repertuarında olan bütün rekvizitlər bu otaqda yerləşir. Bələdçimiz qeyd etdi ki, bu otaqda görünən kuklalar hazırda tamaşalarda oynadılan kuklalardır: "Bəzən repertuardan çıxan rekvizitləri sənədləşdirib paytaxt və bölgələrdə fəaliyyət göstərən kukla teatrlarına göndəririk. Ən qədim tamaşalarımız "Göyçək Fatma" və "Cik-Cik"dir. Göyçək Fatmanın təxminən 25 yaşı var. Kukla üç dəfə təmir olunub.

Teatrda həyat tapan kuklalar

Kuklaları gördükdən sonra qərara gəldik ki, onların hazırlanma şəraiti ilə də tanış olaq. Bu minvalla yollandıq kukla sexinə tərəf. Tetarın baş rəssamı İqbal Əliyev kuklaların yaranma prosesinin mərhələ-mərhələ olduğunu qyed etdi: "Ən çətin proses mexaniki kuklaların hazırlanmasıdır. İndiki zamanda uşaqları aldatmaq çox çətindir. Hər kukla səhnəyə çıxdıqda uşaqların reaksiyasına baxırıq. Artıq uşaqlar istədikləri cizgi filminə internetdən baxa bilirlər. Belə olduqda tələbləri artır".

Teatrın, demək olar ki, bütün kuklaları burada hazırlanır. Xaricdən gətirilən kuklalar isə sifarişlə hazırlanan tamaşalar üçündür: "Xaricdə rejissorlar əksər vaxt kuklaların mexanikalarını özləri hazırlayırlar. Artıq onlar bu işin içərisində olduqlarından kuklaları da özlərinə uyğun hazırlayırlar".

Görünməyən qəhrəmanlar

Diqqətlə izlədikdə teatrın səhnəsinin bir o qədər də böyük olmadığını hiss etdik. Bələdçimiz vurğuladı ki, səhnənin böyük görünməsində əsas yük işıq rejissorunun üzərinə düşür. İşıq və səs otaqları zalın yuxarı hissəsində yerləşir. İşıq operatoru Vəsilə Məmmədova bildirdi ki, tamaşada işığın vaxtında verilməsinin xüsusi önəmi var: "Tamaşada hər şey bir-biri ilə əlaqəli olduğundan işıqda bir gecikmə olsa, digərlərində də axsamaya gətirib çıxaracaq. Lampalar bəzən xarab olur, ancaq hələlik tamaşa zamanı belə bir işlə qarşılaşmamışıq. Lampalar kifayət qədər bahalıdır".

Son olaraq rejissor Anar Məmmədov ilə teatrın repertuarıı barədə danışaraq gələcək planlarını öyrəndik. O qeyd etdi ki, teatrda il ərzində 4-6 tamaşa hazırlanır. Rejissor teatrın tez-tez qastrollarda iştirak etdiyini vurğuladı: "Festivallara xalq nağıllarımız əsasında qurulan tamaşalar gedir. Tamaşalar yalnız festival üçün hazırlanır və qastrollarda nümayiş olunur".

Foto: Firi Salim

float: left; width: 100%;">
Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Dövlət Kukla Teatrından - REPORTAJ

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam