< Fon yüklənir...

“CinemaPlus Gənclik Mall”da" "Qulyabani" filminin qalası olub - FOTO

“CinemaPlus Gənclik Mall”da

Film© Report/Elchin Murad

Bakı. 7 fevral. / Azərbaycanın premium kinoteatrı “CinemaPlus Gənclik Mall”da" komediya janrında olan "Qulyabani" filminin galası keçirilib.

"Report"xəbər verir ki, tədbirdə filmdə rol alan aktyorlar, dəvət olunan qonaqlar, media nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təqdim olunub. Daha sonra qonaqlar filmin qəhrəmanları və "Qulyabani" ilə şəkillər çəkdiriblər.

Xronometrajı 80 dəqiqə olan filmin rejissoru Pərviz Həsənovdur. Filmdə rolları Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Emine Kaykun, Gülarə Məmmədova, Ceyhun Məmmədov ifa ediblər.

Filmin sujet xəttinə görə, Azərbaycan meşələrində peyda olan qulyabanini lentə almaq üçün Türkiyədən gələn jurnalist bu məqsədlə yoldaşlarından kömək istəyir. İşin başında böyük mükafatın olacağını düşünən 2 dələduzun türk jurnalistə saxta qulyabani sırımaq oyunu planlaşdırdıqları kimi getmir. Qızların əvəzinə kənd camaatını qorxudan qulyabaninin ovuna kəndlilər də qoşulur. Bir tərəfdən qəzəbli kəndlilərin əlindən yaxa qurtarmaq, digər tərəfdən yalanlarının üstünün açılacağı qorxusu qarşısında gücsüz qalan gənclərin bundan yaxa qurtara bilməsi imkansız görünür.

Film fevralın 8-dən “CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

float: left; width: 100%;">
“CinemaPlus Gənclik Mall”da

“CinemaPlus Gənclik Mall”da

“CinemaPlus Gənclik Mall”da

“CinemaPlus Gənclik Mall”da

“CinemaPlus Gənclik Mall”da

“CinemaPlus Gənclik Mall”da

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam