Fon yüklənir...
Загрузка...

Alman modelyer yeni kolleksiyasını Azərbaycana həsr edib

Загрузка...
Alman modelyer yeni kolleksiyasını Azərbaycana həsr edib

Leoni© Report

London. 6 yanvar. / Almaniyalı modelyer Leoni Mergen yeni kolleksiyasını azərbaycanlı sənətkar Arif Əzizin yaradıcılığı əsasında yaradıb.

“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, əvvəllər Qarabağ kolleksiyası ilə tanıdığımız alman modelyer Leoni Mergen özünün yeni kolleksiyasını yenidən Azərbaycana həsr edib.

Leoni Mergenin yeni kolleksiyası bu ilin 17 fevral tarixində Böyük Britaniyanın paytaxtında, moda həftəsi çərçivəsində sərgilənəcək.

Gənc modelyerin Qarabağ regionunun ənənəvi geyimlərindən ilham alaraq yaratdığı kolleksiya artıq Avropanın bir sıra şəhərlərində, habelə London və Berlində nümayiş etdirilib. Atçılığın rəmzi kimi dəri aksessuarları və mürəkkəb ipək elementlərindən geniş istifadə olunan “Qarabağ kolleksiyası” Avropada böyük marağa səbəb olub.

float: left; width: 100%;">
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...