< Fon yüklənir...

Musiqili Teatrın solistləri Musiqi Mədəniyyəti Dövlət Muzeyində çıxış ediblər

Musiqili Teatrın solistləri Musiqi Mədəniyyəti Dövlət Muzeyində çıxış ediblər

Azərbaycanın

Bakı. 27 yanvar. / Azərbaycan Dövlət Musiqili Teatrının solistləri yanvarın 25-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan professional bəstəkarlıq məktəbinin 110 illiyinə həsr edilmiş tədbirdə iştirak ediblər.

Teatrdan “Report”a verilən məlumata görə, tədbirdə əməkdar artist Səidə Şərifəliyeva, Eleanora Mustafayeva, Əliməmməd Novruzov, Aydan Həsənova, Əmrah Dadaşov, Səməd Xasıyev, Şaban Cəfərov, Atəş Qarayev çıxış ediblər.

Teatrın solistləri tamaşaçılara konsertmeyster Fidan Babayevanın müşayiəti ilə görkəmli bəstəkarların - Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Səid Rüstəmov, Vasif Adıgözəlov, Rauf Hacıyev, Oqtay Kazımi, Faiq Sücəddinov və gənc bəstəkar Firudin Allahverdinin əsərlərini təqdim ediblər.

Xalq artisti Gülyaz Məmmədova, əməkdar artist Səbuhi İbayev və başqa musiqili qonaqların da iştirak etdiyi tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, əməkdar incəsənət xfadimi Nərgiz Şəfiyeva və digər incəsənət xadimləri çıxış edərək bəstəkarlıq məktəbinin 110 il ərzində keçdiyi peşəkar inkişaf tarixindən danışıblar. 

Daha sonra musiqili gecənin qonaqları Azərbaycanın professional bəstəkarlıq məktəbinin tarixini əks etdirən videoçarxa baxıblar. 

float: left; width: 100%;">
Musiqili Teatrın solistləri Musiqi Mədəniyyəti Dövlət Muzeyində çıxış ediblər

Musiqili Teatrın solistləri Musiqi Mədəniyyəti Dövlət Muzeyində çıxış ediblər

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam