Fon yüklənir...
Загрузка...

Gənc Tamaşaçılar Teatrı İranda “Cəza” təkadamlıq dramını nümayiş etdirib

Загрузка...
Gənc Tamaşaçılar Teatrı İranda “Cəza” təkadamlıq dramını nümayiş etdirib

Bakı. 25 yanvar. / Gənc Tamaşaçılar Teatrının kollektivi Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib. 

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, festival öz işinə yanvarın 18-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində başlayıb. Sözügedən festival dünya teatr məkanında böyük nüfuzu olan mədəniyyət tədbirlərindəndir. 

Yanvarın 21-də ADGTT-nın kollektivi İran paytaxtında yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” təkadamlıq dramını nümayiş etdirib. Tamaşa çox gənc yaşlarında ailə qurmuş bir qadının taleyindən bəhs edir.

Psixoloji oyun dramında qadın obrazını əməkdar artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən mono-tamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur. Tamaşaya olan marağı nəzərə alan kollektiv səhnə əsərini yanvarın 22--23-də yenidən nümayiş etdirib.

ADGTT-nın direktoru, nümayəndə heyətinin rəhbəri, əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib ki, teatr kollektivinin festivalda iştirakı və dəvət Azərbaycan teatr sənətinə olan maraq və eyni zamanda teatrımıza göstərilən etimaddır . Festival çərçivəsində yaradıcılıq əlaqələrinin genişlənməsi istiqamətində bir sıra görüşlər keçirildi. Beynəlxalq miqyaslı bu tədbirdə Almaniya, Şotlandiya, Böyük Britaniya, Türkiyə, Polşa kimi ölkələrdən tanınmış teatr kollektivləri ilə bərabər İran İslam Respublikasının Təbriz, Ərdəbil, Urmiya və başqa şəhərlərindən də teatr truppaları iştirak edirdilər. 

Qeyd edək ki, yanvarın 18-da başlamış festival yanvarın 28-dək davam edəcək.

float: left; width: 100%;">
Загрузка...
Aviasales Rosegal WW
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...