Fon yüklənir...

"Yoxdu belə söhbət" kino-komediyasının “CinemaPlus Azərbaycan”da qala gecəsi olub - FOTO


Bakı. 10 yanvar. / “CinemaPlus Azərbaycan”da Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Yoxdu belə söhbət" romantik-komediyasının qala gecəsi keçirilib.

“Report” xəbər verir ki, ekran işində rolları Günəş Mehdizadə, Həsən Ağa, Emil Məcnunov və Tünzalə Qəhrəman ifa edirlər.

Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Bütün baş verənlərin təsadüf, yaxud möcüzə olması isə sual altındadır.

Filmin rejissoru Rüfət Həsənov, ssenari müəllifləri Kamal Həsənov, Rüfət Həsənov, Asif Rüstəmov, bəstəkarı "Dihaj"dır.

Ekran əsərinə 11 yanvar tarixindən etibarən "CinemaPlus" kinoteatr şəbəkələrində baxmaq olar.

float: left; width: 100%;">











Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam