Fon yüklənir...

Azərbaycan Fransada keçirilən caz festivalında təmsil olunub

Azərbaycan Fransada keçirilən caz festivalında təmsil olunub

İsfar

Paris. 6 noyabr. / Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə

Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski Fransanın Reyms şəhərində keçirilən “Sunnyside” caz festivalına qatılıb.

“Report”un Fransa bürosu məlumat verir ki, İsfar Sarabski üç ildir təşkil edilən bu festivalda solo konsert proqramı ilə çıxış edir.

Konsertdə azərbaycanlı musiqiçinin ifa etdiyi “G-Man”, “Blame İt On My Youth”, üç həftə bundan öncə bəstələdiyi “Isfar’s Planets” əsərləri festival iştirakçılarının gurultulu alqışları ilə müşayiət olunub.

Tədbirdə çıxış edən “Jazzus Productions”nın həmsədri və “Sunnyside” festivalının həmtəsisçisi Gil Qotye bildirib ki, artıq üçüncü ildir ki, festival iştirakçılarına Azərbaycandan hər dəfə yeni və hər dəfə də yüksək peşəkarlıq nümayiş etdirən sənətkarların musiqisini dinləmək nəsib olur.

“Sunnyside” caz festivalı caz konsertlərinin təşkili sahəsində ən uğurlu təcrübə nümayiş etdirən şırkətlərdən olan, 2011-ci ildə yaradılmış “Jazzus Productions” tərəfindən təşkil edilib. Oktyabrın 16-da başlayan festival noyabrın 16-dək davam edəcək.

Xatırladaq ki, İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya və Gürcüstanda keçirilən festivallarda iştirak edib, 2009-cu ildə Montrö Caz Festivalının qalibi olub. 28 yaşlı musiqiçimiz “Novruz”, “G-Man”, "Generation”, "Edge”, "Deja Vu”, “Last Chance”, “Agent”, “Now I’m Here”, “Buta”, “In Memory of V. Mustafazade” və digər əsərlərin müəllifidir.

float: left; width: 100%;">
Azərbaycan Fransada keçirilən caz festivalında təmsil olunub

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam