Fon yüklənir...

Luvr muzeyində Azərbaycan rəssamlarının əsərləri nümayiş olunub - FOTO

Luvr muzeyində Azərbaycan rəssamlarının əsərləri nümayiş olunub - FOTO

Əsərlərdə© Report

Paris. 21 oktyabr. / Parisdə keçirilən “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilib.

“Report”un Fransa bürosu məlumat verir ki, Parisdə Luvr muzeyinin Karusel salonunda baş tutmuş “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində Azərbaycanı Əsmər Nərimanbəyova və Məryəm Ələkbərli təmsil ediblər.

Toğrul Nərimanbəyov Assosiasiyasının prezidenti Əsmər Nərimanbəyova "Report"a açıqlamasında bu sərgidə nümayiş olunan əsərlərini Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, mənəvi dəyərlərindən ilham alaraq ərsəyə gətirdiyini bildirib. Rəssam deyib ki, məqsədi qədim və zəngin mədəniyyətimizi rənglər dünyasına çevirərək fransalılara təqdim etməkdir.

Azərbaycan rəssamlarının əsərlərində milli geyimlərimiz, milli musiqi alətlərimiz öz əksini tapıb və bu əsərlər milli elementlərlə zəngindir.

Builki sərgidə müxtəlif ölkələrdən gəlmiş 700 rəssam iştirak edir. “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi 22 oktyabr tarixinədək davam edəcək.

Vüsalə İsmətqızı

float: left; width: 100%;">
Luvr muzeyində Azərbaycan rəssamlarının əsərləri nümayiş olunub - FOTO

Luvr muzeyində Azərbaycan rəssamlarının əsərləri nümayiş olunub - FOTO

Luvr muzeyində Azərbaycan rəssamlarının əsərləri nümayiş olunub - FOTO

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam