Fon yüklənir...

“Şəxsiyyət Dövlət Möcüzə” kitabının təqdimatı olub

“Şəxsiyyət Dövlət Möcüzə” kitabının təqdimatı olub

Nəşr

Bakı. 17 oktyabr. / Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda “Şəxsiyyət Dövlət Möcüzə…” adlı kitabının təqdimat mərasimi keçirilib. 

İnstitutdan "Report"a verilən məlumata görə, nəşrin müəllifi AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, hüquq elmləri doktoru, professor Əli Rzayevdir. 

Tədbirdə İnstitutunun direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru Nazim Cəfərli nəşrin mövzusunun ictimaiyyət üçün aktual olduğunu bildirərək kitabda şəxsiyyət-dövlət-möcüzə probleminin hüquq prizmasından araşdırıldığını söyləyib.

Bildirilib ki, “Şəxsiyyət. Dövlət. Möcüzə…” kitabında insan, fərd və şəxsiyyətin mahiyyəti, insanın canlı aləmdə yeri, şəxsiyyətin xarakterik xüsusiyyətləri (temperamenti, qabiliyyəti və dahiliyi), şəxsiyyətin ləyaqət və statusu təhlil edilməklə ideal şəxsiyyət modeli formalaşdırılır. 

Nəşrin “Dövlət mexanizmi” adlanan fəslində dövlətçilik sistemi və onun elementləri: dövlət, dövlət hakimiyyəti, dövlət aparatı dövlət idarəetməsi və dövlət qulluğu üzvi bağlılıqla təhlil edilir, dövlət suverenliyi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması, mahiyyəti araşdırılır. 

Milli Məclisin deputatları Fazil Mustafa, Elman Nəsirov, Zahid Oruc, Qüdrət Həsənquliyev, AMEA-nın Fəlsəfə İnstitutu direktorunun elmi işlər üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, hüquq elmləri doktoru Habil Qurbanov və başqaları bildiriblər ki, kitab tarixi faktlara və bu faktları əsaslandıran mənbələrlə zəngindir. 

Müəllif tərəfindən təqdim olunan müvafiq mənbələrə əsaslanaraq mülahizə və ideyalar təhrif olunmadan oxucuya çatdırılır. Kitabda şəxsiyyətin məzmunu, dövlətin təşəkkülü və mahiyyəti, dövlətçilik haqqında böyük mütəfəkkirlərin fikirləri, Şumer və “Quran” möcüzələri, şərq mədəniyyətinin qərbə transformasiya yolları müxtəlif aspektlərdə təhlil edilib. Nəşr elm və təhsil sahəsində tələbə auditoriyası üçün dərs vəsaiti kimi, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

float: left; width: 100%;">

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam