Fon yüklənir...

Hindistanın tanınmış musiqi qrupu Azərbaycanda konsert proqramları ilə çıxış edəcək

Hindistanın tanınmış musiqi qrupu Azərbaycanda konsert proqramları ilə çıxış edəcək

“Indian

Bakı. 5 sentyabr. / Hindistanın “Indian Ocean” musiqi qrupu sentyabrın 10-14-də Azərbaycana səfər edəcək. 

Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, musiqi qrupu sentyabrın 11-i saat 19:00-da Bakı şəhərində, Dənizkənarı Milli Parkda və sentyabrın 13-ü saat 19:00-da Sumqayıtda Dənizkənarı Bulvarda canlı musiqi proqramları ilə çıxış edəcəklər. Konsertlərə giriş sərbəst olacaq.

“Indian Ocean” Hindistanda və ölkə xaricində musiqisevərlər tərəfindən həmişə böyük coşqu ilə qarşılanıb və böyük uğurlara imza atıb. 

“Indian Ocean” musiqi qrupunun səfəri Hindistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbirlərin tərkib hissəsini təşkil edir. Tədbirin təşkilatçıları olan Hindistanın Mədəni Əlaqələr Şurası (ICCR) və Hindistanın Azərbaycandakı Assosiasiyası (IAA) Azərbaycan musiqisevərlərini hər kəsə açıq olan konsert proqramlarından zövq almağa dəvət edirlər. 

float: left; width: 100%;">

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam