Fon yüklənir...

"Babək 2020" filminin tizeri ictimaiyyətə təqdim edilib


Filmdə

Bakı. 30 avqust. / "Babək 2020" filminin ilk tizeri ictimaiyyətə təqdim edilib. 

"Report"un məlumatına görə, filmin quruluşçu rejissoru Zaur Tahirsoy, qrafika işləri üzrə rəhbəri isə Famil Əsədovdur (LİMAF). 

Rejissor Zaur Tahirsoy bildirib ki, bu filmin müasir standartlara cavab verəcək: "Klassika hər zaman dəyərlidir, amma müasir dövrdə yeniliklər də çox önəmlidir. Çünki müasir insanın diqqətini cəlb etmək üçün zamana uyğun məhsul istehsal etmək lazımdır. Digər sahələr kimi film sənayesində də buna xüsusi diqqət yetirmək lazımdır. Elə bu səbəbdən "Babək 2020" layihəsinə start verdik. Azərbaycanda bu layihənin öhtəsindən gələ biləcək potensial mütəxəsislər var. Sadəcə onlara imkan yaratmaq lazımdır. Mənim fikrimcə, bu layihə Azərbaycan gənclərində ruh yüksəkliyi yaradacaq, paralel olaraq onlarda həm vətənpərvətlik , həm də dövlətçilik əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olacaqdır". 

Çəkilişlərə peşəkar Azərbaycan aktyorlarla yanaşı, əcnəbi aktyorların da dəvət edilməsinin planlaşdırıldığını deyən Z.Tahirsoyun fikrincə, onların yeni filminin də Sovet dövründə çəkilmiş məşhur "Babək" filmi kimi zirvələri fəth etməsi mümkündür. 

Filmin qrafika ilə bağlı məsələləri üzrə məsul olan Famil Əsədov (LİMAF) bildirib ki, mövcud şərait yaradıldığı təqdirdə xarici filmlərdəkindən geri qalmayan görüntü əldə etmək mümkün olacaq.

O, qeyd edib ki, onlar bu layihə ilə Azərbaycan kino sahəsində bir ilkə imza atmış olacaqlar: "Bu filimdə LİMAF qrafika hissəsini öz üzərinə götürəcək. Əlavə edim ki, filmdə fantastikaya daha çox yer veriləcək". 

Filmdə aktyorların geyim işi modelyer Şəlalə Maqsudovaya həvalə edilib. 

Qeyd edək ki, filmin 2020-ci ildə yayımlanacağı nəzərdə tutulur.

float: left; width: 100%;">

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam