Fon yüklənir...

Meksikanın Azərbaycandakı səfirliyi fotomüsabiqə elan edir

Meksikanın Azərbaycandakı səfirliyi fotomüsabiqə elan edir

Qaliblərin

Bakı. 30 avqust. / Meksikanın Azərbaycandakı səfirliyi meksikalı heykəltəraş Xorxe Marin ilə birlikdə “Varlığın canlanması” incəsənət əsərləri toplusuna aid foto müsabiqə elan edir.

Meksika səfirliyindən "Report"a verilən məlumata görə, müsabiqə iştirak etmək üçün Xorxe Marinin Heydər Əliyev Mərkəzində təqdim olunan əsərlərindən biri ilə şəkil çəkdirmək və fotonu sentyabrın 7-dək [email protected] elektron ünvanına göndərmək lazımdır.

On ən yaxşı şəkil seçilərək sentyabrın 8-də heykəltəraş Xorxe Marinin "Facebook" səhifəsində yerşəldiriləcək. Həmin tarixdən sentyabrın 14-nə qədər iştirakçların ən çox “layk” toplamaq imkanı olacaq. Yekunda ən çox bəyənilən üç şəkil mükafatlandırılacaq, qaliblərin adları isə sentyabrın 15-də Meksika Milli Gününə həsr olunmuş mərasim zamanı elan ediləcək.

Qeyd etmək lazımdır ki, görkəmli meksikalı heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” sərgisi 2016-cı ilin oktyabr ayında Heydər Əliyev Mərkəzində açılıb. On incəsənət əsəri açılışdan bəri Azərbaycan publikasının marağına səbə olub. Heydər Əliyev Mərkəzinin binası önündə quraşdırılmış məhşur “Qanadlar” heykəli isə Bakının heykəltəraşlıq panoramasında öz yerini tutub.

float: left; width: 100%;">

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam