Fon yüklənir...

Naz Dinodan danışdı: "Gözüm üstə yeri var"

 

Ötən gün baş tutan "Kopenhagen"- "Qarabağ" qarşıdurmasında klubumuzun qalib gələcəyi təqdirdə verdiyi vədlə diqqət çəkən Türkiyədə evlilik verilişi ilə məşhurlaşan Naz Mila vədi ilə bağlı açıqlama verib.

Naz "Qarabağ"ın qalib gələcəyi təqdirdə qol vuran futbolçunu 3 gün İstanbulun ən bahalı otelində qonaq edəcəyini və ən lüks avtomobili istifadəsi üçün verəcəyini bildirib. O, klubumuzun Çempionlar Liqasında iştirak etməyə haqq qazandığını lakin oyunu uduzduğumuz üçün vədini yerinə yetirməyə gərək qalmadığını söyləyib.

"Mən "Qarabağ" qalib gələrsə qol vuran futbolçunu 3 gün İstanbulun ən bahalı otelində qonaq edəcəyimə və ən lüks avtomobili istifadəsi üçün verəcəyimə söz vermişdim. Lakin hesab 2:1 oldu. Amma canım millətimə qurban olsun. Dino gəlsə yenə gözümüz üstə yeri var".

Xatırladaq ki, Ağdamlılar səfər oyununda 1:2 hesabı ilə məğlub olsa da, səfər qolu sayəsində Azərbaycan futbolunun tarixində ilk dəfə qruplarda iştirak etməyə haqq qazanıb.

 

ŞƏRHLƏR

Gulumun-Nefesi

Dünən, 22:03

Hec xosum gelmir Nazdan:(( bee

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam