Fon yüklənir...

Təbrizdə Zeynəb Paşaya həsr olunan tamaşa nümayiş etdiriləcək

Təbrizdə Zeynəb Paşaya həsr olunan tamaşa nümayiş etdiriləcək

Əsərdə

Bakı. 21 avqust. / Təbrizdə Azərbaycan türkcəsində Zeynəb Paşanın həyat və fəaliyyətinə həsr olunan tamaşa nümayiş etdiriləcək. 

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu əsərin müəllifi Nazilə İranzad bildirib.

“Bu əsərdə tarixə baxış yerinə Zeynəb Paşanın bu günki şərtlərə uyğun olaraq, xəyali bir xarakteri yaradılıb. Bu, komediya formatında olan bir dastan deyil. Əsərdə Zeynəb Paşanın söylədikləri, düşüncələri və irsinin davamı ilə bağlı fikirlər yer alıb”, -deyə o, vurğulayıb.

"Zeynəb Paşa” adlı tamaşa avqustun 23-dən sentyabrın 8-dək Təbrizdə nümayiş olunacaq.

Qeyd edək, “Bibişah Zeynəb”, “Onbaşı Zeynəb” ləqəbləri ilə tanınan Zeynəb Paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. O, Azərbaycanın həyat və fəaliyyəti dastana çevirlimiş bir milli qəhraman xanımıdır. Z.Paşa XIX əsrin sonlarında Təbrizdə “Tənbəki üsyanı”nına başçılıq edib. o. təbrizli 40 xanımla birgə mövcud qayda-qanunlar çərçivəsini dağıdaraq, istismara qarşı hərbi mübarizəyə başlayıb.

Sadə həyat keçirən Zeynəb Paşanın həyatının Reje cərəyanından qabaqkı dövrü haqda heç bir məlumat yoxdur. Reje cərəyanı Zeynəb xanımı Paşaya çevirib.

1891-ci il martın 9-da Nasrəddin şah Qacar bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bunun qarşılığında şirkət əldə edəcəyi qazancdan ildə İran hökumətinə cüzi bir məbləğ - 15 min funt sterlinqi ödəməyi öhdəsinə götürür. 1891-ci il avqustun 19-da buna cavab olaraq, Təbriz əhalisinin böyük əksəriyyətinin imzası ilə şaha göndərilən petisiyada tütün və tənbəki inhisarının ləğv edilməsi tələb olunur. Təbriz əhalisi hadisəyə ilk olaraq reaksiya verir. Təbriz bazarı bağlanır, 20 min adam silahlanaraq hərəkata qarşı baş verə biləcək istəniləb hadisəyə müqavimət göstərmək üçün hazır vəziyyətdə dayanır. Şaha teleqraf göndərərək bu işdən vaz keçməsi bildirilir. Bir neçə gün sonra dövlət məmurları bazarı zor gücünə açdırırlar. 1-2 saatdan sonra bir qrup qadın əlində silah, başında ləçək gəlir və bazarı silah gücünə bağlatdırır, yoxa çıxırlar. Onlara Zeynəb Paşa rəhbərlik edir. Dövlət məmurları qadınların bu əməllərinin qarşısında aciz qalır.

Xalqın mübarizəsi qarşısında Nəsrəddin şah öz qərarından geri çəkilir. Ancaq qadınlar silahlarını yerə qoymurlar.

Zeynəb Paşa xalqı mübarizəyə çağıran nitqlər söyləyir. Çıxışlarının birində kişilərdən etiraz səsi eşidən bu mübariz qadın üzünü onlara tutaraq belə deyir: “Əgər siz kişilərin zülmkarlarla mübarizə etməyə cürəti yoxdursa, qorxursunuzsa, alın bu ləçəyi siz bağlayın. Biz namusumuzu, malımızı, vətənimizi özümüz qoruyarıq. Bundan sonra kişi və kişilikdən danışmayın. Biz sizin əvəzinizə də vuruşarıq”.

Bu sözləri söylədikdən sonra Zeynəb Paşa ləçəyini çıxarıb kişilərə tərəf atır və hamının təəccüb dolu baxışları altında gedir.

O günlərdə varlılar qıtlıqdan istifadə edərək ərzaq mallarını anbarlarda yığıb ehtiyat saxlayır. Z.Paşa onların yerini öyrənir və həmin məhsulları ucuz qiymətə xalqa sataraq, pulunu mal sahiblərinə qaytarır.

Xalqın möhtəkirlərə qarşı çıxdığını görən hökumət Marağa qoşunlarını Təbrizə çağırır. Silahlı mübarizədə bir kişi və beş qadın öldürülür. Bəzi ruhanilər də qadınlara qoşularaq Rusiya konsulluğuna yığılır.

“Çörək-çörək” şüarı Qacarlar əleyhinə siyasi şüara çevrilir.

Zeynəb Paşanın mühüm işlərindən biri də Təbriz valisinin anbarını xalqın üzünə açması olub. Qarışıqlıqda 30 nəfər öldürülüb.

Amma onun bu hadisədən sonrakı həyatı haqqında heç bir məlumat yoxdur. Azərbaycanın mübariz qadınları arasında öz dəst-xətti olan Z.Paşa öz dövründə və sonrakı dövrlərdə bir çox şair və yazıçıların əsərlərinə mövzu olub. Onun qəhrəmanlığı haqqında çox yazılıb.

Dostları Fatmanisə, Sultanbəyim, Mahşərəf, Canbəyim, Xeyransa, Mahbəyim, Şahbəyimlə bigə Nizamül-Üləmanın anbarını da açıb məhsulları xalqa paylayan Zeynəb Paşa ömrünün sonuna yaxın bir karvanla Kərbəlaya ziyarətə gedir. Osmanlı əsgərlərinin onların karvanının qarşısını kəsərək, Karvanı ələk-vələk etməsinə dözməyen Zeynəb Paşa yenidən silaha əl atır. Əsgərlər qaçıb aradan çıxırlar.

float: left; width: 100%;">
Təbrizdə Zeynəb Paşaya həsr olunan tamaşa nümayiş etdiriləcək

Təbrizdə Zeynəb Paşaya həsr olunan tamaşa nümayiş etdiriləcək

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam