Fon yüklənir...

Heydər Əliyev Mərkəzində Ədalət Şükürovun solo konserti olub

Konsert

Bakı. 14 avqust. / Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın əməkdar artisti Ədalət Şükürovun solo konserti olub.

Bu barədə "Report"a mərkəzdən məlumat verilib. 

Mərkəzin parkında yay mövsümündə ənənəvi olaraq təşkil edilən istirahət proqramları çərçivəsində şəhər sakinləri və qonaqlar ötən bazar günü axşamı Ə.Şükürovun repertuarından müxtəlif mahnıların sədaları altında dincəliblər.

İki saata yaxın davam edən konsert proqramında müğənni “Nə yaxşı ki, yanımdasan sən” yeni mahnısını da mərkəzin parkında dincələnlərə təqdim edib. O. konsertə toplaşan yüzlərlə tamaşaçı ilə həm də özünün ən böyük selfisini çəkdirib.

Beləliklə, isti yay günləri mərkəzin parkında daha bir həftəsonu proqramı ilə başa çatıb.

Növbəti tədbirlər barədə məlumatları Mərkəzin Facebook və Instagram (@heydaraliyevcenter) səhifələrindən izləyə bilərsiniz. Mərkəzin parkındakı həftəsonu tədbirlərinə giriş sərbəstdir.

float: left; width: 100%;">
Heydər Əliyev Mərkəzində Ədalət Şükürovun solo konserti olub

Heydər Əliyev Mərkəzində Ədalət Şükürovun solo konserti olub

Heydər Əliyev Mərkəzində Ədalət Şükürovun solo konserti olub

Heydər Əliyev Mərkəzində Ədalət Şükürovun solo konserti olub

Heydər Əliyev Mərkəzində Ədalət Şükürovun solo konserti olub

Heydər Əliyev Mərkəzində Ədalət Şükürovun solo konserti olub

Heydər Əliyev Mərkəzində Ədalət Şükürovun solo konserti olub

Heydər Əliyev Mərkəzində Ədalət Şükürovun solo konserti olub

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam