Fon yüklənir...

Görkəmli rejissor Zəfər Nemətov Fəxri Xiyabanda anılıb

Görkəmli rejissor Zəfər Nemətov Fəxri Xiyabanda anılıb

O,

Bakı. 6 iyun. / Fəxri Xiyabanda Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, pedaqoq Zəfər Nemətovun anım tədbiri keçirilib. 

Teatrın mətbuat katibi Cavid Zeynallının "Report"a verdiyi məlumata görə, xatirə mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, rejissorun ailə üzvləri iştirak ediblər.

Zəfər Nemətovun oğlu, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov atasının Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onun quruluş verdiyi tamaşaların bədii-estetik həllindən bəhs edib.

Azər Paşa Nemətov deyib ki, Zəfər Nemətov Azərbaycan teatrında təkcə rejissor kimi yox, pedaqoq, özündən sonra bizim teatra yüzlərlə tələbə bəxş edən müəllim kimi hörmət və ehtiramla yad edilir: “O, bütün həyatını Azərbaycan xalqı və bizim böyük mədəniyyətimiz üçün həsr edib. Zəfər Nemətovun görmək istədiyi bütün işləri biz davam etdirməliyik. O, görkəmli rejissor kimi qısa və mənalı ömür yaşayıb. Eyni zamanda deyə bilərəm ki, həyatı çətin keçsə də, özündən sonra silinməz izlər qoyub. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının binası onun zəhməti və xidməti nəticəsində yaranıb. Anım mərasimində iştirak edən bütün şəxslərə, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinə minnətdarlığımı bildirirəm. Zəfər Nemətovun xatirəsi sizin simanızda əziz tutulur və bu ehtiram hissinə görə hər birinizə ailəmiz adından təşəkkür edirəm”.

Qeyd edək ki, Zəfər Nemətov 1917-ci il iyunun 6-da Bakıda anadan olub. 1931-ci ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 1942-ci ildən - 1953-cü ilə qədər quruluşçu rejissor, 1954-cü ildən 1969-cu ilə kimi isə baş rejissor vəzifəsində çalışıb. Gənc Tamaşaçılar Teatrında “Məlik Məmməd”, “Müfəttiş”, “Qaraca qız”, “Yaşar”, “Romeo və Culyetta”, “Komsomol poeması”, “Əlvida Hindistan” və başqa tamaşalara quruluş verib. Zəfər Nemət 1971-ci il noyabrın 19-da 54 yaşında vəfat edib.

float: left; width: 100%;">
Görkəmli rejissor Zəfər Nemətov Fəxri Xiyabanda anılıb

Görkəmli rejissor Zəfər Nemətov Fəxri Xiyabanda anılıb

Görkəmli rejissor Zəfər Nemətov Fəxri Xiyabanda anılıb

Görkəmli rejissor Zəfər Nemətov Fəxri Xiyabanda anılıb

Görkəmli rejissor Zəfər Nemətov Fəxri Xiyabanda anılıb

Görkəmli rejissor Zəfər Nemətov Fəxri Xiyabanda anılıb

Görkəmli rejissor Zəfər Nemətov Fəxri Xiyabanda anılıb

Görkəmli rejissor Zəfər Nemətov Fəxri Xiyabanda anılıb

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam