Fon yüklənir...

Gənc Tamaşaçılar Teatrı “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşası ilə bölgələrə qastrol səfərinə çıxır

Gənc Tamaşaçılar Teatrı “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşası ilə bölgələrə qastrol səfərinə çıxır

Bakı. 18 may. / Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti iyun ayında bölgələrə qastrol səfəri edəcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, teatrın yaradıcı heyəti Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimova, əsas obrazların ifaçıları əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Ramil Məmmədov, Elnur Hüseynov, İradə Rəşidova və başqalarıdır.

Hər il ənənəvi olaraq mövsümün sonunda həyata keçirilən qastrol səfəri bu il iyunun 12-dən 16-dək baş tutacaq və tamaşa həmin rayonların ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə nümayiş etdiriləcək.

Qastrol səfərinin həyata keçirilməsində əsas məqsəd “Azərbaycan teatrının inkişaf etdirilməsinə dair” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq, bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və yeniyetmələrin mənəvi estetik tərbiyəsinin formalaşdırılması və teatr sənətinin inkişafını sürətləndirməkdir.

float: left; width: 100%;">
Gənc Tamaşaçılar Teatrı “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşası ilə bölgələrə qastrol səfərinə çıxır

Gənc Tamaşaçılar Teatrı “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşası ilə bölgələrə qastrol səfərinə çıxır

Gənc Tamaşaçılar Teatrı “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşası ilə bölgələrə qastrol səfərinə çıxır

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam