Fon yüklənir...

Bakıda Misir və Türkiyənin mədəniyyət günləri keçiriləcək

Bakıda Misir və Türkiyənin mədəniyyət günləri keçiriləcək

Bakı. 18 may. / Milli Turizm Təbliğat Bürosu və Misirin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə mayın 19-da Sabir bağında bu ölkənin Mədəniyyət günü keçiriləcək. 

Milli Turizm Təbliği Bürosundan "Report"a verilən məlumata görə, IV İslam Həmrəylik Oyunları çərçivəsində baş tutan tədbir saat 14.00-da sərgi ilə başlayacaq.  

Saat 19.00-dan etibarən isə konsert proqramı təqdim olunacaq.

Mayın 20-21-də isə Türkiyənin Mədəniyyət günləri keçiriləcək. Tədbirdə Türkiyənin əsasən İstanbul və Bursadan olan 100-ə qədər rəqqası və ifaçısı iştirak edəcək.Hər iki tədbirdə rəsmi şəxslərin və idmançıların iştirakı nəzərdə tutulub.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam