Fon yüklənir...
Загрузка...

Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçirilib

Загрузка...
Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçirilib

Bakı. 6 aprel. / Heydər Əliyev Sarayında görkəmli bəstəkar, xalq artisti Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçirilib.

Bu barədə "Report"a sarayın mətbuat xidmətindən məlumat verilib.

Konsertdə  xalq artistləri Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Brilliant Dadaşova, Ənvər Sadıqov, əməkdar artistlər Emil Əfrasiyab, Zakir Əliyev, Abbas Bağırov, Mətanət İskəndərli, Cavanşir Məmmədov, Firuzə İbadova, Bəyimxanım Vəliyeva, Lalə Məmmədova, müğənnilər Nadir Qafarzadə, Sevda Yəhyayeva, Arzu Əliyeva, Rövşən Əziz, Emiliya Yaqubova, Sərxan Bünyadzadə, Zabitə Alıyeva, Aynur İsgəndərli, Kənan Qədimov və “Sevil” qrupu çıxış ediblər.

Müğənniləri səhnədə Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına əməkdar kollektiv Xalq Çalğı Alətləri orkestri, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı, Tofiq Əhmədov adına Estrada orkestri və “Qaytağı” instrumental ansamblı müşayiət edib.

Gecədə bəstəkarın “Bir könül sındırmışam”, “Dalğalar”, “Sənsən”, “Səni tapdı”, “Oxu bülbül”, “Səadət”, “Əlvida”, “Qızıl gülüm”, “Bir xumar baxışla”, “Yandım elə yandım”, “Gülandam” və s. sevilən mahnıları səsləndirilib.

float: left; width: 100%;">
Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçirilib

Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçirilib

Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçirilib

Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçirilib
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...