Fon yüklənir...

"Özləri çılpaq gəzirlər" - Roza - FOTOLAR

"Özləri çılpaq gəzirlər" - Roza   - FOTOLAR

“Bu yay 25 gün dincəldim. Ötən il regionlarda konsertlər verdim, çox yoruldum. Özümə söz verdim ki, bu yayımı istirahətə həsr edəcəyəm”. 

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Roza Zərgərli deyib. 

İfaçı övladları Corc və Bənövşədən bəhs edib:

“Günün24 saatı övladlarım üçün çalışıram. Uşaqlarım tələbkar deyil, məndən heç nə istəmirlər. Bənövşə də, Corc da universitetə öz biliyinə daxil oldu. İndi balaca oğluma deyirik ki, sən də özün ali məktəbə qəbul olmalısan”.

R.Zərgərli “Bakı vaxtı ilə” verilişinin yeni formatda efirə qayıdacağını söyləyib. 

Sənətçi yeni klip çəkdirəcəyindən xəbər verib:

“İki klip çəkdirəcəm. Birini Nail Naiboğluna həvalə etmişəm. Burada təsəvvür etmədiyiniz Roza Zərgərli görəcəksiniz”.

R.Zərgərli geyiminə irad tutanlara belə cavab verib: 

“Müğənnilərin geyimlərinə irad tuturlar. Amma bəziləri özləri çılpaq gəzirlər. Yazara olar, müğənniyə yox? Müğənni hər dəfə bir obrazda olmalıdır. Elə işlər var ki, orada qapalı geyinirəm. Bir sayta rəsmi məktub göndərdim, mənim haqqımda nə pis, nə də yaxşı yaza biləcək. Başqa saytların haqqımda pis də, yaxşı da yazmasını qəbul edirəm. Şəxsiyyətimə toxunulmasını isə qəbul etmirəm. Mən oxunaqlı müğənniyəm, tələbatlıyam, məndən yazıla bilər. Amma təhqir edib, insanların fikrini mənə qarşı pis formada yönəltmək olmaz".

Qaynarinfo.Az


"Özləri çılpaq gəzirlər" - Roza   - FOTOLAR

"Özləri çılpaq gəzirlər" - Roza   - FOTOLAR

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam