Fon yüklənir...
Загрузка...

Onu nə qədər tanıyırsan?

Загрузка...
O 31 Yanvar 1981-ci ildə Memphis, Tennessee-də anadan olub, 6 Grammy mükafatı var. Hal-hazırda Amerikanın ən məşhur müğənni və aktyorlarından biridir. JT olaraq da tanınır. İlk dəfə 'N Sync qrupu vasitəsilə məşhur olub. 2002-ci ildə isə "Justified" albomu ilə solo kariyerasına başladı. İkinci albomu FutureSex/LoveSounds isə 12 Sentyabr, 2006-cı ildə yayımlanıb. "People" jurnalı tərəfindən 2005-ci ildə "Dünyanın ən yaraşıqlı kişisi" adına layiq görülüb.
Onu nə qədər tanıyırsan?


Justified - 2002


1. Senorita

2. Like I love you ft Clipse

3. (Oh no) What you got ft Timbaland

4. Take it from here

5. Cry me a river ft Timbaland

6. Rock your body ft Vanessa Marquez
7. Nothin' else
8. Last night
9. Still on my brain
10. (And she said) Take me now ft Janet Jackson
11. Right for me ft Bubba Sparxxx
12. Let's take a ride
13. Never again
14. Worthy of
15. Take away your love (Why, when, who)

 

Onu nə qədər tanıyırsan?


İlk illər:

O 1993-cü ildə "The Mickey Mouse Club" vasitəsilə daha da məşhurlaşdı. Beləliklə o məhz burada gələcək illərdə sevgilisi olan Britney Spears və Christina Aguilera ilə tanış oldu. Bununla belə qrup dostu olan JC Chasez ilə də burada tanış olub. 1995-ci ildə "The Mickey Mouse Club" proqramı bitdikdən sonra o, Chasez və Chris Kirkpatrick ilə 'N Sync adlı qrupu yaratdılar.

 

Onu nə qədər tanıyırsan?

 

1995-2002 - 'N Sync:


O, 1990-cı illərin populyar "boyband" qrupu olan N'Sync'in bir üzvü idi. Qrup 995-ci ildə qurulub və 1998-ci ildə ABŞ-da tanınıb. 2000-ci ildə Çıxardıqları "No strings attached" albomu həmin illərin ən tez satılan albomlarından biri oldu. 2002-ci ildə qrup "Celebrity" albomunu yayımladıqdan sonra, qrup fəaliyyətində bir az fasilə verməyi qərara aldılar. O boş dayanmaq istəmədi, və özünün solo albomunu hazırlamağa başladı. O, bu albom ilə boyband üzvü, teenage (yeniyetmə) qrupuna xitab edən, gənc qızların sevgilisi imicini qazanan, həm musiqi həm də görünüş mənasında, daha yaraşıqlı bir imic qurmağı hədəflədi. 2002-ci ilin Mart ayında uzun müddət sevgili olduğu Britney Spears'dan ayrıldı. Bu ayrılıq ona çox pis təsir etdi və o ürəyini belə desək - "alboma boşaltdı". O, "Cry me a river" adlı musiqini Britney üçün yazdı. Sözügedən musiqinin klipində diqqət çəkən daha bir məqam: klipdə rol alan qız Britneyə oxşayır və onun kimi geyinmişdir.



2002-2004: Justified

29 Avqust, 2002-ci ildə aylarla davam edən məşqlər sonrasında o, ilk dəfə "MTV Klip mükafatları" müsabiqəsində səhnəyə çıxaraq, albomunun ilk sinqlı olan və "The Neptunes" qrupu ilə birlikdə üzərində işlədiyi "Like I love you" adlı mahnını oxudu. Mahnı hit oldu və "Billboard Top 100" siyahısında ilk 11-lik arasında daxil oldu. Bu uğurundan sonra, 5 Noyabr, 2002-ci ildə "Justified" albomu yayımlandı. "N Sync"in daha əvvəlki albomundan az satıldı, lakin buna baxmayaraq o "Billboard Top 200 Album" siyahısında ikinciliyi ələ keçirdi. O, sevgilisi Britney ilə mediada çox tanınmasına baxmayaraq, albomu satış üzrə böyük uğur qazana bilmədi. ABŞ-da 3,5 milyon, dünyada isə 7 milyon nüsxə satıldı. Bu uğurda "The Neptunes" və "Timbaland" kimi prodüsserlərin də rolu böyük oldu. Albomun uğuru 2003-cü ilin sonlarına qədər davam etdi. Albomdan bir çox hit çıxdı. O, albomunu daha da tanıtmaq üçün Christina Aguilera ilə Justified&Stripped adlı səyahətə çıxdı. Daha sonra isə Cry me a river adlı mahnısına klip çəkdirdi. 2003-cü ilin sonunda "I'm lovin' it" adlı mahnıya bir sinql çıxardı, bu sinql "McDonald's" tərəfindən də istifadə edilib.

 

Onu nə qədər tanıyırsan?


2004-2006

2004-cü ildə Grammy mükafatını qazandıqdan sonra, musiqi kariyerasında bir az fasilə verdi, bu dəfə daha çox film kariyerasına meyilləndi. Bu dövrdə çəkdiyi filmlərdən ən vacib rolunu "Edison" filmində bir jurnalisti canlandıraraq oynadı. Rol aldığı filmlər bunlardır: Alpha Dog, Black Snake Moan, Richard Kelly'nin Southland hekayələri. O, "Shrek 3" filmində səsi ilə də yer aldı. Həmçinin Cameron Diaz da adı gedən filmdə səsləndirmə etmişdi. Məhz buna görə də onların sevgili olduqları şayələri yayıldı. Bu dövrlərdə o, başqa müğənni və qruplarla duetlər oxuyub. Bunlardan bəziləri: Black Eyed Peas, Nelly və Snoop Dogg-dur. 2005-ci ildə o səs tellərindən əməliyyat olundu. Elə həmin dövrlərdə də "JayTee Records" adlı öz şirkətini qurdu.

 

Onu nə qədər tanıyırsan?


2006-2007

12 Senyabr, 2006-cı ildə son albomu FutureSex/LoveSounds albomunu yayımladı. 2005-ci ildən etibarən hazırlanmağa başlanılan bu albom "Billboard" siyahısında 1-ci yerə layiq görüldü. Bu albom eyni zamanda musiqi tarixinin albom çıxmamış iTunes'da ən çox sifariş edilən albomu oldu. Albomun ilk sinqlı "SexyBack" oldu və o, bu sinqlı 2006-cı il "MTV Klip mükafatları"nın açılışında oxudu. Sinql 1 həftə amerikan musiqi listlərində nömrə 1 sinql oldu. 2006-cı ilin Oktyabr ayında O, musiqi kariyerasına, film kariyerasından daha çox önəm verəcəyi dedi. Daha sonra isə albomdan ikinci sinql "My Love" yayımlandı. O, 2006-cl il "Victoria's Secret Fashion Show"da qonaq sənətçi olaraq iştirak etdi. Həmin dövrlərdə də Jessica Biel ilə sevgili olmuşdur. 2007-ci ilin Fevralında, albomun üçüncü sinqlı - "What goes around.../...Comes around" adlı musiqini yayımladı. Sözügedən musiqinin klipində Scarlett Johansson da yer almışdır. Albomdan dördüncü sinql olaraq "LoveStoned" adlı mahnısını seçdi. Daha sonra Beyonce-lə duet - "Until the end of time" və son olaraq "Chop me up" adlı mahnılar sinql kimi yayımlandı. O, bu albom üçün 2007-ci ildə FutureSex/LoveShow adlı bir konert səyahətinə çıxdı.

 

Onu nə qədər tanıyırsan?


FutureSex/LoveSounds - 2006


1. FutureSex/LoveSounds
2. SexyBack
3. Sexy Ladies
4. Let me talk to you
5. My love ft T.I.
6. LoveStoned
7. What goes around.../...Comes around
8. Chop me up ft Timbaland & Three 6 Mafia
9. Damn girl ft will.i.am
10. Summer love
11. Set the mood
12. Until the end of time ft The Benjamin Wright Orchestra
13. Losing my way ft Hezakiah Walker & The Love Fellowship Choir
14. (Another song) All over again

 

Onu nə qədər tanıyırsan?


2007-2009 və sonra...

O, Mr. Timberlake adı verdiyi ümumi bir albom yayımladı. Ciara ilə yayımlıadığı "Love Sex Magic" adlı duet dünyada ən çox dinlənilən musiqi olaraq toplistlərdən düşmədi.

 


 

Digər işləri:

O, uşaqlıq dostu Trace Ayala ilə "William Rast" adında bir kolleksiya da hazırladı. ABC kanalı NBA-nın açılışı üçün ondan bir musiqi istədi. 2005-ci ildə Grammy Münsifləri, onu insancıl yardımlarına görə mükafatlandırdı.
2002-ci ilin sonlarında MTV-nin məşhur verilişi Punk'd-nin ilk məşhur qonağı oldu. MTV tərəfindən Kelly Osbourne'a edilən zarafatda yer aldı və beləcə verilişdə bir dəfədən daha çox yer alan ilk məşhur oldu.

Noyabrın 2-si, 2006-cı ildə yayımlanan "MTV Avropa Musiqi Mükafatları" adlı müsabiqənin aparıcılığını edib. Nickelodeon uşaq kanalı, 3 Fevral, 2007-ci ildə "2007 Nickelodeon Kids Choice Awards"ın aparıcılığını edib. 2008-ci ildə Pepsinin maraqlı bir reklam rolikində rol aldı. Zəhmətkeş biri kimi tanınan JT, 17 Oktyabr, 2009-cu ildə Shriners Hopitals for Childrean adında bir uşaq xəstəxanası üçün Justin and Friends adlı bir konsert verdi. Bu konsertdə onunla bərabər Alicia Keys, Ciara, Snoop Dogg, Jay Sean, Taylor Swift və TLC kimi məşhurlar da çıxış edib.



O bu gün dünyanın ən məşhur müğənnilərindən biri Justin Timberlake-dır.


- mətni digər saytlarda istifadə edərkən, tərcümə edənin əziyyətinin qiymətləndirilməsi üçün, mənbənin göstərilməsi mütləqdir -

Загрузка...

ŞƏRHLƏR

Ayka Ronaldo

28 Avqust 2010 13:36

Justin Timberlake super mugennidi.Hem yarasiqlidi hem de super mahnilari var.

NellY

17 İyul 2010 17:41

hec beyenmiremde bunu

Gitarist

14 İyul 2010 00:10

Moren burda neynirsen :))

MiNNoW

9 İyul 2010 19:27

fellow

sus

8 İyul 2010 15:54

ne gundedi puuuuuuuuffff

Chudesa

7 İyul 2010 22:33

coooox beyenirem,super mahnilari var

Kedicik_19

7 İyul 2010 12:56

Cox xo$um gelir.Super mugennidi,hem de yarasiqlidi

Babaeva

6 İyul 2010 15:04

Sitat: Dandoline
Həm yaraşıqlıdı, həm də istedadlı..Mahnıları da super olur..

Estela

6 İyul 2010 14:58

Bu xəbər niyə bu günə gəlib çıxıb?maraqlıdı

Dandoline

6 İyul 2010 14:51

Həm yaraşıqlıdı, həm də istedadlı..Mahnıları da super olur..

Enigma

22 Aprel 2010 12:45

cig

Vane

17 Aprel 2010 18:16

Onun haqqında bilirdim, amma bu dəfə daha ətraflı bildim

Milagres

15 Aprel 2010 15:47

Senin qeder tanimasamda ,melu,atli olmasamda indi oldum) dogurdan cox beyenirem Justini)

good






baby

MR.QARRI

15 Aprel 2010 13:02

oxudum bilmədiklərimi də bildim tşk

__lovely__

15 Aprel 2010 12:55

MARAQLI XƏBƏR İDİ... ÇOOOOOOX BƏYƏNİRƏM ONU... MAHNILARI, GEYİMİ SUPER... ÖZÜNÜ İSƏ HEÇ DEMİRƏM.... TƏŞƏKKÜRLƏR XƏBƏRƏ GÖRƏ...

Suliko

15 Aprel 2010 12:01

Moren bravo...xəbər çox gözəl alınıb..şəkillər,video çarxlar..bir sözlə çox əla alınıb..Əllərinə sağlıq..+5 sənə
Justin çox bəyəndiyim kişi ifaçılarındandır..səsini,mahnılarını,kliplərini çox bəyənirəm..Onun haqqında kifayət gədər oxumuşam,amma bir daha oxumaq maraqlı oldu..
Sonuncu videonu görmüşdüm..çox gülməli reklam alınıb)
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

Lineage

15 Aprel 2010 11:37

Çox az məlumatım var idi bu qədər ətraflı oxumamışdım.Əla xəbərdi +5

Hitch

15 Aprel 2010 11:31

Biraz bilirdim qalanini da oyrendim sagol xebere gore:)

ESTRELLA

15 Aprel 2010 10:17

hmmm,bezilerini bilirdim.bilmediklerimi de oyrendim..ifasini beyenirem..yaxwi mugennidi

Elif_87

15 Aprel 2010 09:46

Maraqlı xəbər hazırlanıb...5+
Düzü çox məlumatım yox idi, sayəndə oldu...

Rufat

15 Aprel 2010 03:34

JT olaraq da tanınır.

Joy Team lol
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Zazulinka

15 Aprel 2010 03:32

Justini goren kimi bildim Moren qoyub ela

Tuvana

15 Aprel 2010 02:21

Mənim də azarkeşlik etdiyim müğənnilərdən biridir. Onun mahnıları çox xoşuma gəlir. Mahnılarıi ilə yanaşı onun geyimləri də modda olur. Yəni Justin Timbarlake tərzi deyilən bir tərz formalaşıb artıq. Həqiqətən də zövqlü geynir.


--------------------
========================
Azad Fikir, Azad Düşüncə, Azad İnsan
========================

Karol_No4i

15 Aprel 2010 01:16

twk xebere gore tanimiram)))

LARACROFT

15 Aprel 2010 00:57

Justin Timberlake haqqında xəbərim olmuşdu.Etiraf edirəm ki,Morenin xəbəri mənim xəbərimdən daha gözəldi.Justin haqqında oxumaq mənə çox maraqlı oldu.Onun haqqında məlumatım da az deyil.Oxuyaraq bilmədiklərimi də bildim.Super müğənnidi.Söz ola bilməz.
Gözəl xəbər üçün çox sağ ol Moren.+5
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Ronnie_7

15 Aprel 2010 00:55

Sadəcə bir müğənni olduğunu bilirdim)Amma Moren sayəndə daha çoxunu bildim təşəkkür..
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

semichka_supu

15 Aprel 2010 00:28

TARKANFANın bir şərhini sitat gətirmək istiirəm:)
O gun fikirleshirem ki, Justine reqib bir nefer de yoxdur e. Pop hal hazirda kishi mugennilerden Justinin elindedir, demek olar bir nomreli pop mugennisi odur. Onun pokoleniyasindan olan mugennilerin hamisi R&B-e girishirler, yani pop musiqisi demek olar batmaq uzeredir. Maraqlidir e:). Amma qizlar, mashallah, fealiyyetdedirler. Madonna, Britney, Christina, indi de Lady Gaga ve s.

Nahid-19

15 Aprel 2010 00:22

supper səsə malikdi xoşladıqım mahnıları çox olduğuna görə adlarını yazamadım..təşəkkürlər....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Ruvi

15 Aprel 2010 00:20

Gozel sesi var En beyendiyim mahnisi My Love-dir.

MASTER-SAN

15 Aprel 2010 00:14

men bunun haqqinda birinci defe oxuyurdum .amamki istedatli ve bacariqli bir insandi .yeniki ozune qismet fulun fulu bir heyat kecirir.yoxsa menim kimi gedim reklam yapisdirimir . laught
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...