Fon yüklənir...
Загрузка...

Tələbələrin hazırladığı "Daz müğənni" tamaşası nümayiş etdirilib

Загрузка...
Tələbələrin hazırladığı

Bakı. 24 may. / Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə Aktyor evində tələbə-aktyorların hazırladığı tamaşa nümayiş etdirilib.

"Report" xəbər verir ki, Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinin 2, 3 və 4-cü kurs tələbələri rumın dramaturqu E.İoneskonun "Daz müğənni" tamaşasını təqdim edib.

Absurd janrda yazılan "Daz müğənni" əsəri E.İoneskonun yazdığı ilk əsərdir. Tələbələr eksperimental tamaşanı Aktyor evinin səhnəsində nümayiş etdirib. Tamaşanın ilk tamaşaçıları aktyorlar, teatrşünaslar, media nümayəndələri və tələbələrdən olub.

Tamaşanın rejissoru Elşad Abdulla, nəzəri məlumatları toplayan rəyçisi Dağlar Yusifdir.

Tamaşanın rəyçisi Dağlar Yusifin sözlərinə görə, "Daz müğənni" tamaşasının ərsəyə gəlməsinə və Aktyor evinin səhnəsində nümayiş etdirilməsinə Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemət və sədr müavini Rafiq Əliyev dəstək verib.

Qeyd edək ki, tələbə-aktyorların hazırladığı tamaşanın gələcəkdə yenidən nümayiş etdirilməsi nəzərdə tutulub.

float: left; width: 100%;">
Tələbələrin hazırladığı

Tələbələrin hazırladığı

Tələbələrin hazırladığı
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...