Fon yüklənir...
Загрузка...

CinemaPlus-da əfsanəvi mobil oyun "Angry Birds kinoda" cizgi filminin nümayişinə başlanılıb - VİDEO

Загрузка...
CinemaPlus-da əfsanəvi mobil oyun

Bakı. 13 may. / Premium kinoteatrlar şəbəkəsi CinemaPlus "Angry Birds kinoda " animasiya filminin nümayişlərinə başlayıb.

"Report"un məlumatına görə, animasiya filmi məşhur oyun personajları olan quş və donuz balalarının məşhur qarşıdurması haqqında danışacaq, həmçinin sevimli qəhrəmanların maraqlı sirlərini açacaq.

Klay Kaytis və Fergal Reilly duetinin rejissoru olduğu cizgi filminin ssenarisi Con Vittiyə məxsusdur. Baş rollarda Piter Dinkleyc, Ceyson Sudeykis, Bill Heyder, Kiqen-Maykl Ki, Coş Qed və başqaları çəkilib.

Xatırladaq ki, hadisələr uça bilməyən quşların məskunlaşdığı cənnət adasında cərəyan edir. Onların arasında 3 uğursuz - Qırmızı, Qara, Sarı var.

Adaya donuzlara oxşar işğalçılar hücum etməzdən öncə onların qabiliyyəti heç kimə lazım deyil. Lakin bu məqamda qəhrəmanlarımız yada düşür. Yalnız onlar yaşıl donuz balalarının yürüşünü dayandıra bilərlər.

Qeyd edək ki, "CinemaPlus" 28 mall kinoteatrı Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Xatırladaq ki, bu yaxınlarda həmçinin, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə "CinemaPlus" kinoteatrının açılışı baş tutdu. Kinoteatr Nizami küçəsi 8 ünvanında "Xəmsə Park" Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Ətraflı məlumat üçün "CinemaPlus"un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
[smartphone] text [/smartphone]