Fon yüklənir...

Sabir Rüstəmxanlı qızının müğənni ilə evlənməsinə niyə icazə verib? - VİDEO

Sabir Rüstəmxanlı qızının müğənni ilə evlənməsinə niyə icazə verib? -   VİDEO

Xəbər verdiyimiz kimi, keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlının qızı Aydan ilə müğənni Elçin Cəfərovun toyu olub.

Bir neçə gün öncə ATV-də yayımlanan "Geriyə baxanda" verilişinin qonağı olan xalq şairi Sabir Rüstəmxanlı qızının Elçin Cəfərovla ailə həyatı qurmasından danışıb.

Verilişin aparıcısı Günay Firudinqızının "Niyə müğənni ilə ailə həyatı qurmağına icazə verdiniz? Araşdırdınız, yoxsa sırf öz seçimi idi deyə sayğı duydunuz? sualına sabir millət vəkilinin cavabı belə olub:

"Uşaqlarımın seçimlərinə həmişə sayğı duymuşam. Onun həyatıdır, mən ona müdaxilə edə bilmərəm. Təbii ki, hər atanın, ananın övladları ilə bağlı öz düşüncəsi olur. Amma bu da Allahın yazısıdır. Mən ona heç nə deyə bilmərəm".(big.az)


Joy.az 

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam