Fon yüklənir...
Загрузка...

“Donuz qripi”ndən qorunmaq üçün bunları yeyin

Загрузка...
Son vaxtlar mövsüm dəyişikliyi ilə əlaqədar infeksion xəstəliklər də artır.

Hazırda bu xəstəliklərin ən təhlükəlisi və ən tez yayılanı isə A/H1N1 (“donuz qripi”) virusudur. İnfeksion xəstəliklərdən qorunmağın bir yolu da qəbul etdiyimiz qidalardan asılıdır. Mütəxəssislər düzgün qidalanmaqla bütün infeksion xəstəliklərdən, o cümlədən A/H1N1 virusundan qorunmağın mümkün olduğunu bildirirlər.

  İstanbuldakı Memorial Tibb Mərkəzinin mütəxəssisi Şəfiqə Aydın Səlçuq bədənin immunitetinin artırılması üçün düzgün qidalanmağın vacib olduğunu deyib.

Mütəxəssisin sözlərinə görə, A, C, E vitaminləri, selenium, maqnezium kimi minerallar, omeqa - 3 və omeqa - 9 yağları immuniteti artırır. Həmçinin, ət, süd, meyvə-tərəvəz, dənli bitkilər gün ərsində mütləq qəbul edilməlidir.

- A vitamini orqanizmi infeksiyadan qoruyur. Yumurta, süd, balıq, ispanaq, portağal, kök, yaşıl bibər, ərik kimi sarı, həmçinin, narıncı, yaşıl meyvə tərəvəzlərdə A vitamini var.

- C vitamini immuniteti artırır, bədəni gücləndirir. Yaşıl bibər, itburnu, gül kələmi, ispanaq, portağal, limon, mandarin həm də C vitamini baxımından zəngindir. Tərəvəzlərdən hazırlanan salatlar saxlanmamalı, dərhal yeyilməlidir.

- E vitamini də orqanizmi müdafiə edir. Fındıq, qoz, badam, dənli bitkilər, yaşıl yarpaqlı tərəvəzlər, E vitamini ilə zəngindir. Həmçinin, balıq yağı, badam yağı, küncüd yağı, fındıq yağı, zeytun yağı da bu qəbildən olan qidalardır.

- Orqanizmdə sink çatışmazlığı immuniteti azaldır, infeksion xəstəliklərə yol açır. Qırmızı ət, qabıqlı dəniz məhsulları, heyvan qaraciyəri tərkibində sink olan qidalardır. Bu məhsullar olmasa, fındıq, qoz və püstə kimi çərəzlər, süd, pendir və dənli bitkilərdən əvəzedici kimi istifadə etmək olar.

- Bakteriyalara qarşı mübarizə aparan qida məhsullarının arasında qatıq və kefir də var. Bütün öynələrdə bu süd məhsullarının qəbul olunması vacibdir. Kefir eyni zamanda orqanizmdə xoş və ya bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alır, yaranan şişlərin əriməsinə kömək edir.

- Səhər yeməklərində 1 çay qaşığı bal və ya limonlu-ballı ilıq çay çox faydalıdır. Bal ağız və bronxlardakı infeksiyaların qarşısını alır. Balın anti-mikrob təsiri mövcuddur.

- Sarımsaqdan da infeksion xəstəliklərə qarşı təbii dərman kimi istifadə olunur. Sarımsağın tərkibində A və C vitaminləri ilə yanaşı, az miqdarda kalsium, maqnezium, sodium, dəmir və B kompleks vitaminləri var.

- A, C, K vitamini baxımından zəngin olan cəfərinin isə bütün yemək və salatlarda istifadəsi məsləhət görülür. 1 dəstə cəfəri insanın 1 günlük C vitamini ehtiyacını qarşılayır. Bu baxımdan salatlara çiy cəfəri qarışdırmaq və yemək bişəndən sonra üstünə cəfəri doğramaq lazımdır.

- Narın tək suyunu yox, toxumunu da qəbul etmək məsləhət görülür. Ərik qurusunu isə yemək aralarında yemək xeyirlidir.
Bütün dünyada ən çox yeyilən 26 meyvə arasında vitaminlə ən zəngin olan meyvə kividir. Kivinin 100 qramında təxminən 100-400mg C vitamini var. Meyvənin tərkibi digər vitamin və minerallarla da zəngindir.

- Bitki çaylarına gəlincə, bu mayenin qəbul edilməsini bütün mütəxəssislər tövsiyə edir. İtburnu, böyürtkən, ihlamur və digər bitkilərdən çay dəmləyərək limonla içmək çox faydalıdır.

Sağlam olmaq, infeksion xəstəliklərdən qorunmaq üçün menyunuzdan sadalanan qidaları əskik etməyin!


Загрузка...

ŞƏRHLƏR

PeTTy

28 Aprel 2013 02:14

Düzünü desem ilk çıxanda bu xestelik lağ edirdim,amma sonralar ne qeder ciddi olduğunu anladım...
Bu arada 5300cü şerhim :)
Bu xebere qismetmiş :)

cefer

15 Noyabr 2009 23:17

Məlumata görə çox sağolun.Çalışaram əməl edim.

Bapbalaca

12 Noyabr 2009 13:26

Allah özü kömək olsun. Ancaq bir kinoya baxmışdım, orda nə qədər iynə, dərman düzəltsələrdə heç nəyin xeyri olmadı, bütün hamının bədənində oldu o virus və hamıda öldü...( Odur ki, düşünürəmki, nə qdər özünü qorusanda, yenə də tapacaqdır səni nə vaxtsa o viruslar!)

_axmedov_

7 Noyabr 2009 00:10

gozeldi yerivar
--------------------
26 10 1992

UKA

6 Noyabr 2009 22:37

Twkler meslehetcun...

M_A_R_I_K

6 Noyabr 2009 22:27

bu gun mewqe gedende 3-4 uwaqda gordum aqzlarini ortub gezirdiler:)Oz ureyimde dedim halal olsun:)
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

LARACROFT

6 Noyabr 2009 21:37

Özümüzdə özümüzü mütləq qorumalıyıq.1-ci ALLAH sonra özümüz.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

_lady_bdu_

6 Noyabr 2009 20:13

Allah qorusun

guiza96

6 Noyabr 2009 19:54

emel edecem

Afrodita

6 Noyabr 2009 18:24


Sitat: ROYA
ALLAH qorusun bizleri bu epidemiyadan.

_axmedov_

6 Noyabr 2009 18:05

yerivar zor good
--------------------
26 10 1992

Nifret

6 Noyabr 2009 17:57

təşəkkürlər maraölı bir o qədərdə lazımlı məlumat idi

_axmedov_

6 Noyabr 2009 17:52

lovejoy
--------------------
26 10 1992

Elif_87

6 Noyabr 2009 17:13

Çox sağ ol vacibli məlumat üçün...

Paris

6 Noyabr 2009 17:13

ALLAH qorusun bizleri bu epidemiyadan.
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...