Fon yüklənir...
Загрузка...

Qarından qurtulmağın ən asan yolları

Загрузка...
Arıqlamaq üçün çox şey edirsiniz, lakin qarın hissəsindəki piylər ərimir. Bu da sizi kompleksə salır. O zaman ATV.az sizə maraqlı üsul təqdim edir. Oxuyun!

Bu tip problemlərin ən yaxşı tədqiqatçısı Ceyms Duqian hesab edir ki, dünyada qarını düzləşdirmək üçün universal resept yoxdur.

Onun fikrincə, 5 növ qarın forması var və hər birinə də fərqli yanaşmaq lazımdır.

Beləliklə, gəlin birlikdə diqqət edək.

1-ci tip: "Ehtiyat təkəri"

Bu tip qarına sahib olanlar, oturaq həyat tərzi keçirənlərdir. Həmçinin özünü şirniyyata tutan adamlardır. Özünüzü un məmulatlarına, şokolada, şirniyyata meyilləndirmisinzsə,qarın, omba şişmanlığı ilə rastlaşacaqsınız. Xoşbəxtlikdən, bu qarın növü ilə vidalaşmaq çox sadədir: Gündəlik rasiona bir qədər diqqət edilsə, qarnın yığılmasına təsir edəcəkdir. Alkoqollu içkilərdən, yarım fabrikatlardan, şəkərdən, duzdan, konservantlardan uzaq ol və yadda saxla: Sənin rasionun yalnız təbii və faydalı yemək olmalıdır. Yumurtanı, balığı, tərəvəzləri, meyvələri, qozu rasionuna sal. Ət yemək olar, amma mağazadan alınmış toyuq və mal əti olmaz. Həmçinin gün ərzində çox hərəkət et. İdman zalında məşğul olmaq imkanı yoxdursa, parkda, ya sahildə hər gün gəz, səhərlər idmana başla!
 

 

Qeyd: Gərgin iş rejimindən sonra könlünüzdən tort yemək keçirsə, bütün çəkdiyiniz əziyyətin hədər getməsini düşünün.

2-ci tip: "Stress qarını"

Düzgün qidalanmadıqda, nə gəldi yeyilirsə, həmçinin yuxu pozğunluğu yaşanırsa, qarnının forması bu qarın tipinə bənzəyəcək. Yoqa ilə məşğul ol, yatmadan öncə bədrənc və lavanda yağları damcılanmış vanna qəbul et. Gün ərzində 2 fincan kofe iç və gəzintiyə çıx.
 

 

Qeyd: Gün ərzində təbii mineral su və çobanyastığı dəmləməsi iç. Bu, nəinki yuxu rejiminə kömək edəcək, həm də piy yandırılması prosesini "işə salmağa" imkan verəcək.

3 tip: "Balaca it"

Bu qarın tipi ayaqüstə çox duran analarda, gündəlik idman zalında məşq edənlərdə və karyerası alınmayanlarda olur. Qarın önə gəldikcə kürəyə ağırlıq düşür. Bu cür qarından qurtulmaq üçün qida rasionuna meyvə-tərəvəz və kəpəkli çörək əlavə et. Bu qidalar onurğa sütununu möhkəm saxlamaqda kömək edəcək. İdman zalına vaxt ayırmaqdansa, 1-2 saat yoqa məşqləri yaxşı təsir edəcək.

 

Qeyd: Mayeni çox qəbul et, meyvə-tərəvəz, göyərti, balıq və toyuq ətlərinə rasionda yer ayır.

4 tip: "Mumi-tumi"

Yeni doğuş olmayıbsa,dəmək olar ki, burda qarın yox, mədədən piy qatları önə çıxıb. Xeyirli məhsulları qida rasionunda saxlayıb, əlavə olaraq qoz, zeytun, qaymaq yemək lazımdır.
 

 

Qeyd: Çalış günortlalar yatasan. Yatıb-durduqdan sonra idman edə bilərsən.

5 tip: "Bulud qarın"

Bu qarın tipi varsa, həzm problemi və ya alergiya ola bilər. Rasiondan buğda çörəyini, makaronu, pizzanı, şirniyatı, drojlu içki və xəmirləri, alkaqollu içkiləri, pendir, süd, kərə yağı və s. çıxar. Çox maye, ət, balıq, yumurta və çiy tərəvəzlər qəbul etmək lazımdır. Həmçinin tikə yaxşı çeynənilməlidir.
 

 

Qeyd: Hər səhər kürəyi üstə uzanıb, 10 dəfə nəfəsi qarınla alıb-vermək lazımdır.
Загрузка...

ŞƏRHLƏR

NICKY

18 May 2015 19:23

Yaxsi meslehetler var men oz qarin tipimr uygun olani eliyirem birce yoqadan bawqa
--------------------
♡♡♡

Ahu 05

18 May 2015 17:21

hmmmmmm maraqli idi....
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...