Fon yüklənir...

Bu tərəvəzlər çiy halda daha faydalıdır

Bu tərəvəzlər çiy halda daha faydalıdır
 
Bəzi tərəvəzləri bişirdikdə qida dəyəri azalır. Bəzilərini isə bişirib yemək daha faydalıdır. Bəs, hansı tərəvəzi necə yeməli?
 
Hansı tərəvəzlərin çiy, hansıların bişiriləndə daha faydalı olduğuna dair məlumatları təqdim edirik:
 
Pomidor – Bişmiş
 
Qulağa qəribə gələ bilər, amma pomidor bişiriləndə daha faydalı olan tərəvəzlərdən biridir. Pomidor bişiriləndə hüceyrələrə bölünür və beləliklə, orqanizm qidanı daha yaxşı sorur. Tərkibindəki likopen xərçənglə mübarizə aparır.
 
Brokkoli – Çiy
 
Xərçəng hüceyrələrinin çoxalmasını dayandıran gül kələmi çiy olanda daha faydalıdır. Çünki temperatur artdıqca brokkolinin tərkibindəki maddələrin faydaları azalır. Bu səbəbdən brokkolini buxarda bişirib yemək məsləhət görülür.
 
Yerkökü - Bişmiş
 
Adətən, çiy yeyilən yerkökü bişirdikdə daha faydalı olur.
 
İspanaq - Çiy
 
Kalium, maqnezium, kalsiumla zəngin olan ispanaq sümük inkişafı ilə yanaşı, immunitet sistemini də gücləndirir. Bundan əlavə, A və C vitaminləriylə zəngin olan ispanağın faydalarını görə bilmək üçün çiy halda yemək lazımdır.
 
Brüssel kələmi - Az bişmiş
 
Bədxassəli şişlərə qarşı mübarizə aparan brüssel kələmi, xüsusilə C, B6 vitaminləri və fol turşu baxımından olduqca zəngindir. Qida dəyərini itirməməsi üçün orta hesabla 5 dəqiqə buxarda bişirilərək yeyilməsi təklif edilir.
 
Qırmızı bibər - Çiy
 
Qırmızı istiot C vitamini anbarıdır. Və bu C vitamini istiliyə dözümsüz olduğundan çiy halda yeyilməlidir.
 
Kələm - Bişmiş
 
Kələm B və C vitamini mənbəyidir. Bişirib yeyiləndə tərkibindəki kalsium sümükləri və dişləri möhkəmləndirir.
 
Kahı – Çiy
 
Kahı  dərinin gəncliyini qoruyan, eyni zamanda da immunitet sistemini möhkənləndirən A və C vitaminləri ilə zəngindir. Bişiriləndə C vitamini faydasını itirdiyi üçün çiy yeyilməsi təklif edilir.
 
Sarımsaq
 
Sarımsağa ətir və dad verən allisin maddəsi dünyanın ən güclü antioksidantıdır. Sarımsaq çiy yeyiləndə daha faydalı olur. Aparılan araşdırmalarda ehtiva etdiyi bu maddə sayəsində xərçəng hüceyrələrini 24 saatda öldürdüyü göstərilib. 

ŞƏRHLƏR

angel9999

27 May 2015 10:00

tewekurler

Gunay

21 May 2015 15:56

xebere gore tsk.

ARR

20 May 2015 17:24

Təşəkkürlər...

Ahu 05

17 May 2015 22:18

tesekkurler.....

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam